Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-01-2024 , 13:29

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Nəsimi bələdiyyəsinin sədri: “Əmlak vergisinin həcmi 2019-cu illə müqayisədə  5.2 dəfə artib”

“Nəsimi bələdiyyəsində vergi-uçot sistemi müasir tələblərə uyğun olaraq fəaliyyətdədir” - bu fikirləri Belediyye.infoya Nəsimi  Bələdiyyəsinin sədri Əziz Zeynalov bildirib.

Bələdiyyənin vergi xidmətinin fəaliyyəti nəticəsində əmlak vergisinin həcmi 2019-cu illə müqayisədə  5.2 dəfə artib. Ümumi büdcə gəlirlərinin həcmində isə 2,8 dəfə artım müşahidə edilib.

Belə ki, bələdiyyənin büdcə gəlirlərinin həcmi 2019-ci ildə 474.668 manat olmuşdursa, 2023-cü ildə 1.310.259 manata bərabər olub.

Sədr bildirib ki, yerli büdcənin gəlirlərinin artımının davamlılığını və şəffaflığını təmin edilməsi məqsədilə mütəmadi olaraq vətəndaşlarla görüşlər keçirilir, maarifləndirici bukletlər paylanılır.

Hazırda bələdiyyələrin vergi uçotu yenilənmiş BAMS üzərində qurulub. Yenilənmiş BAMS proqramı bizə fəaliyyətimiz üçün daha geniş imkanlar açır.

İnanırıq ki, yenilənmiş BAMS proqramının yaratdığı imkanlar hesabına  növbəti ilə büdcə gəlirlərini 30-dək artırmaq  mümkün olacaq.

Onu da əlavə edim ki, əldə edilən vəsaitin 76 faizi əmlak vergisinin, 18 faizi mehmanxana rüsumnun, 4 faizi isə avtodayanacaqların payına düşüb.

Belediyye.info

   

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər