Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

24-10-2026 , 13:59

106

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Allahverdi Həsənli: “Əhmədli bələdiyyəsinin büdcə daxilolmalarında artım qeydə alınıb”

Xətai rayonu, Əhmədli bələdiyyəsinin sədri Allahverdi Həsənli bildirib ki, son illərdə bələdiyyənin büdcə daxilolmalarının artırılması və yerli maliyyə imkanlarının genişləndirilməsi istiqamətində işlər davam etdirilir.

Qeyd etmək lazımdır ki, 2022-ci ilin 9 ayı ərzində Əhmədli bələdiyyəsinin büdcə daxilolmalarının həcmi 76 968 manat təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 135 418,54 manata, 2026-cı ilin ilk 9 ayında isə 171 418,64 manata çatıb.

Beləliklə, təqdim olunan rəqəmlərə əsasən, 2026-cı ilin 9 aylıq büdcə daxilolmaları 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 36.000 manat və ya təxminən 26,6 faiz artıb. 2022-ci ilin eyni dövrü ilə müqayisədə isə daxilolmalar 94.450 manat çox olub.

Bələdiyyə sədri Allahverdi Həsənli qeyd edib ki, büdcə daxilolmalarının artması yerli maliyyə imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir. Bu istiqamətdə əsas məqsəd bələdiyyə gəlirlərinin artırılması, maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsi və ərazidə yaşayan sakinlərin ehtiyaclarının qarşılanmasına töhfə verməkdir.

O, həmçinin vurğulayıb ki, bələdiyyənin fəaliyyətində maliyyə intizamının qorunması, daxilolmaların qanunvericiliyə uyğun təmin edilməsi və yerli əhəmiyyətli məsələlərin həlli üçün mövcud imkanlardan səmərəli istifadə olunması prioritet istiqamətlərdəndir.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər