“Dövlət müstəqilliyinin bərpası və gənclərin dövlətçilik məsuliyyəti” mövzusunda tədbir keçirilib
“Zirvə Gənclərin İnkişaf Platforması” və Bakı Şəhər Nizami Bələdiyyəsinin birgə təşkilatçılığı ilə “Dövlət müstəqilliyinin bərpası və gənclərin dövlətçilik məsuliyyəti” mövzusunda tədbir keçirilib. Tədbirdə Milli Məclisin üzvü Ceyhun Məmmədov, Nizami bələdiyyəsinin sədr müavinləri Yeganə Abbasova və Heydər Rəhimov, habelə bələdiyyə qulluqçuları iştirak ediblər.
Tədbirdə
Azərbaycanın dövlət müstəqilliyinin bərpası tarixi, xalqımızın azadlıq uğrunda
mübarizəsi, milli-mənəvi dəyərlərimizin qorunması və dövlətçilik ənənələrinin gələcək
nəsillərə ötürülməsi məsələləri müzakirə olundu.
Tədbirdə çıxış
edən naziqlər qeyd ediblər ki, müstəqilliyimizin bərpası xalqımızın milli iradəsinin
və azadlıq əzminin təntənəsidir. Müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi
hər bir vətəndaşın, xüsusilə də gənclərin üzərinə mühüm məsuliyyət qoyur. Gənclərimiz
milli dəyərlərimizi və dövlətçilik ənənələrimizi mənimsəməli, ictimai-siyasi həyatda
fəal iştirak edərək ölkəmizin inkişafına töhfə verməlidirlər.
Eyni
zamanda vurğulayıblar, Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət dövlət müstəqilliyimizin möhkəmləndirilməsi
və gənclərin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. İnanıram ki, savadlı,
vətənpərvər və təşəbbüskar gənclərimiz dövlətçiliyimizin daha da güclənməsində
fəal rol oynayacaqlar.
Qeyd
edilib ki, belə maarifləndirici tədbirlər gənclərin milli şüurunun və vətəndaşlıq
məsuliyyətinin formalaşmasına mühüm töhfə verir.
Müstəqilliyimiz
əbədi, dövlətçiliyimiz sarsılmaz olsun!
Bakı şəhəri, Nizami bələdiyyəsi
Rəylər
0 Rəy