Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-09-2026 , 09:19

116

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Seymur Həsənov: Təşkil olunan tədbirin əsas məqsədi…


“Badamdar bələdiyyəsi tərəfindən qarşıdan gələn 15 Sentyabr Bilik Günü münasibətilə qəsəbədə fəaliyyət göstərən 236, 239 və 329 nömrəli tam orta məktəblərdə təhsil alan şagirdlərə 124 ədəd məktəb çantası və müxtəlif məktəb ləvazimatları hədiyyə edilib”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Seymur Həsənov deyib.

Sədr qeyd edib ki, təşkil olunan tədbirin əsas məqsədi şagirdlərə yeni tədris ilinə daha yüksək əhval-ruhiyyə ilə başlamaları üçün dəstək olmaq, onların təhsil prosesinə marağını artırmaq və sosial qayğıya ehtiyacı olan ailələrə dəstək göstərməkdir.

Bununla yanaşı keçirilən görüşlərdə Badamdar Bələdiyyəsinin rəsmiləri şagirdləri qarşıdan gələn yeni tədris ili münasibətilə təbrik edərək onlara dərslərində uğurlar, yüksək nailiyyətlər və xoşbəxt gələcək arzulayıblar.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər