"Yaşma bağları" ərazisində abadlıq-quruculuq işləri görülüb
Ölkə Prezidenti Cənab İlham Əliyevin cari ili "Yaşıl dünya naminə həmrəylik ili" elan etməsi və bu ilin noyabrında paytaxt Bakının COP 29 -a ev sahibliyi edəcəyini nəzərə alaraq Respublikanın bir çox yerlərində geniş yaşıllıq zolaqları salınır, ekoloji mühitin daha da dayanıqlı olması məqsədilə işlər görülür.
Sumqayıt Bələdiyyəsi də görülən bu işlərə öz töhfəsini yaxından verir. İl ərzində şəhər ərazisində 300 mindən artıq ağac və gül kollarının əkilməsi nəzərdə tutulub.
Sumqayıt Bələdiyyəsi tərəfindən bu məqsədlə şəhərin "Yaşma bağları" ərazisində abadlıq-quruculuq işləri görülüb. Belə ki, adı çəkilən ərazinin Bakı-Quba yolundan keçən hissəsində uzunluğu 8 km -ə yaxın olan səs izolyasıyalı divar sədd çəkilib, abadlaşdırılıb, bundan əlavə ərazidə minlərlə ağac və gül kolları əklilib, ərazi məişət tullantılarından təmizlənib.
Sumqayıt Bələdiyyəsi
Rəylər
0 Rəy