Sumqayıt bələdiyyəsi genişmiqyaslı yaşıllaşdırma işlərinə öz töhfəsini verməkdədir
Bildiyimiz kimi, ekologiyanın, havanın təmizliyi birbaşa olaraq ağacların, yaşıllıq sahənin bol olmasından irəli gəlir.
Ölkəmizdə cari ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edildiyini nəzərə alsaq, Sumqayıt bələdiyyəsi də bu genişmiqyaslı yaşıllaşdırma işlərinə öz töhfəsini verməkdə davam edir.
Belə ki, bu məqsədlə Azərbaycan Respublikasının "Müstəqilliyin bərpası günü" münasibətilə bələdiyyə tərəfindən şəhərin "Bələdiyyə parkı" ərazisində 150-dən çox Eldar şamı və sərv ağacları əkilib.
Qeyd edək ki, Sumqayıt bələdiyyəsi tərəfindən şəhər ərazisində yaşıllaşdırma işlərinin perspektivdə də aparılması nəzərdə tutulub.
Sumqayıt bələdiyyəsi
Rəylər
0 Rəy