Sumqayıt Bələdiyyəsi daha bir sosial yönümlü tədbirə imza atıb.
Belə ki, Bələdiyyə tərəfindən 15 sentyabr "Bilik günü" münasibətilə şəhər ərazisində yaşayan 12 aztəminatlı ailənin məktəbli uşaqları ilə bağlı tədbir keçirilib. Orta məktəblərin ibtidai siniflərində oxuyan və 2024 - 2025-ci tədris ilində ilk dəfə məktəbə qədəm qoyacaq uşaqlar üçün məktəbli ləvazimatları hədiyyə edilib. Daha sonra uşaqlar Bələdiyyənin şöbələrini gəziblər, onlara qurumla bağlı müxtəlif məlumatlar verilib. Sonda isə məktəblilər və onların valideynləri "Bələdiyyə parkı" nda çay süfrəsinə qonaq ediliblər.
Qeyd edək ki, sözü gedən 12 şagirdin orta məktəbdə təhsillə bağlı çəkəcəkləri bütün xərcləri Sumqayıt Bələdiyyəsi öz üzərinə götürüb.
Rəylər
0 Rəy