Sumqayıt bələdiyyəsindən növbəti layihə
Sumqayıt bələdiyyəsi
tərəfindən şəhərin işıqlandırma infrastrukturunun optimallaşdırılması məqsədilə
tədbirlər planı həyata keçirilməyə davam edir.
Sumqayıt şəhərin Yeni Yaşayış
Massivi - Yaşıldərə adlanan ərazisində küçə işıqları quraşdırılır. Belə ki,
sözügedən ərazidə 6-cı məhəllə - Qubadlı rayon Çardaqlı məktəbinə gedən yol
yüksək keyfiyyətli küçə işıqları ilə təmin edilir.
Bu da əhalinin günün qaranlıq vaxtı həmin ərazidən daha
rahat və təhlükəsiz keçməsini təmin edəcək.
Nəzərinizə çatdıraq ki, il boyu Sumqayıt bələdiyyəsi tərəfindən sosial yönümlü tədbirlər həyata keçirilməyə davam edəcək.
Rəylər
0 Rəy