Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

17-01-2025 , 18:51

973

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

Anım tədbiri Xaçmaz regional ədliyyə idarəsinin təşkilatçılığı keçirilib


Xaçmaz regional ədliyyə idarəsinin təşkilatçılığı ilə Xaçmaz regional ədliyyə idarəsinin inzibati binasında yurisdiksiyaya aid ədliyyə qurumlarının əməkdaşlarının iştirakı ilə anım tədbiri, o cümlədən "20 Yanvar gününün Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi kimi" mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə çıxış edən natiqlər  xalqımızın müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilən 20 Yanvar faciəsinin tarixi-siyasi mahiyyətinə nəzər yetiriblər.

Tədbrirdə həmçinin Ulu Öndər Heydər Əliyevin baş vermiş qanlı hadisələrə ilk dəfə siyasi-hüquqi qiymət verdiyi, faciə qurbanlarının xatirəsinin xalqımızın qəlbində əbədi yaşadığı, şəhid ailələrinin və əlillərin hər zaman dövlət qayğısı ilə əhatə olunduğu bildirilib.

Vurğulanıb ki, bu gün Vətən uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhu şaddır. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli dövlətimizin, qalib ordumuzun və xalqımızın birliyi sayəsində doğma torpaqlarımız işğaldan azad edilərək ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olunub. Azərbaycanın üçrəngli bayrağı Qarabağın hər yerində vüqarla dalğalanır, həmin ərazilər genişmiqyaslı quruculuq işləri aparılmaqla yenidən dirçəlir.

Tədbirin yekununda bildirilib ki, ədliyyə işçiləri doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladlarının fədakarlığını heç zaman unutmur, şəhidlərimizin xatirəsini daim uca tutaraq qürur və ehtiramla yad edirlər.

Belediyye.info 


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək

Gündəlik Xəbərlər
26-11-2024
1026

Birləşmədən sonra bələdiyyələr daha effektiv olacaq

Gündəlik Xəbərlər
26-11-2024
1100

MSK bələdiyyə seçkilərini bu tarixdə ELAN EDƏCƏK

Gündəlik Xəbərlər
25-11-2024
1310