Bir yubileyin yaratdığı əks-səda
Bu günlərdə Səbail RİH-də tədbir keçirilib. Özü də başçının
müavininin yubileyinə həsr olunan bir tədbir. RİH tərəfindən məlumat paylaşılır
və bələdiyyə sədrinin adı üçüncü sırada aydın şəkildə qeyd edilir. Bu məlumatın paylaşılmasında əslində
qeyri-adi bir şey yoxdur. Sıradan bir tədbir keçirilib və sıradan da bir məlumat
paylaşılıb. Ancaq sözümün canı var.
Sözümün canı ondadır ki, icra-bələdiyyə münasibətləri görün
bu rayonda hansı səviyyədədir ki, bələdiyyəyə və onun sədrinə belə hörmətlə
yanaşılır. Bu həmdə RİH-in özünə qarşı olan hörməti kimi qəbul edilir, digər tərəfdən
də yaradılan şərait nəticəsində bələdiyyənin qazandığı çəki, hörmət və nüfuzundan xəbər
verir.
Demək, siyasi rəhbər yerində olanda bələdiyyənin də çəkisi
yerində olur, habelə sakinlər arasında hörməti daha yüksək olur.
Təəssüf edirəm ki, Yasamal, Xətai və Nərimanov rayonlarını çıxsaq, paytaxtın digər
rayonlarında belə bir münasibətə
rast gəlinmir. Hətta fəaliyyətini təbliğ etməyə belə imkan verilməyən RİH-lər bu gündə var. Bu qədər
qısqanclıq nəyə və kimə lazımdır, maraqlıdır.
Sözsüz ki, prosesin belə anormal vəziyyət alınmasında "sözdaşıyan" məmurların
da xüsusi rolu var. Nəzərə
alsaq ki qarşıdan həm də bu qurumların seçkisi yaxınlaşır, onda düşünmək olar ki, söylədiyimiz məmurların vaxtından əvvəl “çiçəyi çırtlamağa” başlayıb. Yəni müəyyən
məqamların süni şəkildə manipulyasıya edilməsi... Nə isə. Çox dərinə getməyək....
RİH
bascıları arasında hamının ümidlə baxdıqları birinin də bu cür proseslərə qoşulmasına
isə çox təəssüflənirəm. Nə isə...
Ayıb
olsun o məmurlara ki, axşama kimi "yükləmək" istədikləri bələdiyyələrə
yuxarıdan aşağıya baxır və hətta paylaşdıqları məlumatlarda da onlara yer
ayırmağa imkan vermirlər... Nə
isə...
Ən
maraqlı məqam isə tədbirin sonunda RİH kollektivinin bütün üzvlərinin iştirakı
ilə xatirə şəklinin çəkilməsidir. Bu isə
ondan xəbər verir ki, Səbail RİH-də təmiz, səmimi bir atmosfer yaranıb. Bax bu məqama
görə də, siyasi rəhbərə təşəkkür düşür.
P.S. Təbriklərə isə bizdə qoşuluruq.
Rəylər
0 Rəy