Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

04-11-2024 , 00:18

378

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bələdiyyə seçkilərinin təxirə salınmasının SƏBƏBİ: YENİ TARİX… – FOTO

Azərbaycanda bələdiyyə seçkiləri 1999-cu ildən başlayaraq, hər 5 ildən bir dekabrın 23-də keçirilib. Sonuncu bələdiyyə seçkiləri 2019-cu ildə baş tutub. Təqvimə görə bu il ölkəmizdə növbəti bələdiyyə seçkiləri keçirilməli idi. Lakin Mərkəzi Seçki Komissiyasından (MSK) bildirilib ki, 2024-cü ildə bələdiyyə seçkiləri keçirilməyəcək.

Maraqlıdır, seçkilərin təxirə salınmasına səbəb nədir? Növbəti bələdiyyə seçkilər nə vaxt keçirilə bilər? Yeni tarix nə vaxt açıqlanacaq?

Mövzu ilə bağlı Medianews.az-a danışan Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov bildirib ki, bələdiyə seçkilərini təyin etmək birbaşa Mərkəzi Seçki Komisiyasının səlahiyyətidir.

Millət vəkilinin sözlərinə görə, bələdiyyə seçkilərinin gecikməsinə Bakıda COP29 kimi beynəlxalq səviyyəli tədbirin keçirilməsi səbəb ola bilər: “Mən düşünürəm ki, biz Mərkəzi Seçki Komisiyasının qərarını gözləməliyik. Amma o da düzdür ki, bu gün noyabrın ikisidir. Seçkilər ən azı 60 gün əvvəl elan olunmalıdır, ola bilsin bir az daha gec müddətə təsadüf edə bilər. Buna rəğmən, hesab edirəm ki, əvvəlcədən nə isə demək bir az məqsədə uyğun olmazdı. Çünki bu məsələ Mərkəzi Seçki Komisiyasının səlahiyyəti olduğu üçün biz onu gözləməliyik. Eyni zamanda nəzərə alaq ki, bələdiyyələrdə birləşmə prosesi gedir. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, yaxın günlərdə paytaxt şəhərimiz Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına – COP29-a ev sahibliyi edəcək. Ola bilsin ki, bu səbəblərə görə bələdiyyə seçkiləri geckir”.

Nailə QASIMOVA

https://medianews.az/2024/11/02/belediyye-seckilerinin-texire-salinmasinin-sebebi-yeni-tarix-foto?fbclid=IwY2xjawGUuWpleHRuA2FlbQIxMQABHeS-s6BZNseraaVhnBK0k6Q7TRC6bw9S_9PWmyyIip3COA9dDb9oZUj4iA_aem_z8ELfQbbeBWVBLOnGyzw1A

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Binəqədi rayonunda ağacəkmə aksiyası keçirilib 

Gündəlik Xəbərlər
23-10-2024
298

Bələdiyyələrin sayı 684-ə endirilir

Gündəlik Xəbərlər
18-10-2024
424

1100 bələdiyyənin 8 milyon borcu var - PA

Gündəlik Xəbərlər
11-10-2024
423

Bələdiyyələrin birləşməsi ilə bağlı yeni QANUN

Gündəlik Xəbərlər
10-10-2024
663

Bələdiyyələr qrant ala biləcək

Gündəlik Xəbərlər
05-10-2024
567