Hüquq şöbəsinin müdiri: “Təəssüf edirik ki, bəzən vergi ödəyicilərimiz fəaliyyətimizə dəstək vermək əvəzinə problem yaradırlar”
“Şüvəlan
bələdiyyəsi borclu vətəndaşlarla görüşlər keçirərək gündəlik olaraq maarifləndirmə
işlərini aparır. Lakin təəssüf edirik ki, bəzən vergi ödəyicilərimiz fəaliyyətimizə
dəstək vermək əvəzinə problem yaradırlar.”- bu fikirləri adıçəkilən bələdiyyənin
hüquq şöbəsinin rəhbəri Rəqsanə Əliyeva “Bələdiyyələrin
fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqlinin, bələdiyyənin baş
mühasibi Gülər Məmmədovanın,
vergi xidmətinin rəhbəri Rizvan Rəhimovun iştirakıyla keçirilən görüşdə deyib.
Rəqsanə
Əliyeva cari ildə bələdiyyənin bu istiqamətdə gördüyü işlərə toxunaraq, 2023-cü il üçün 11 nəfər vergidən yayınan vətəndaş
barəsində tərtib edilmiş aktı icra və
probasiya şöbəsinə təqdim edib ki, nəticədə
bələdiyyə büdcəsinə 4250 manat vəsait daxil
olub.
2024-cü
il üçün hələlik 11 nəfər barəsində tərtib edilmiş aktlar müvafiq orqana göndərilib
ki, bunun da nəticəsində büdcəyə 5.311 manat vəsaitin daxil olacağı gözlənilir.
Hüquqşünas
xanımın sözlərinə görə, bələdiyyə sədri Telman Süleymanovun bu istiqamətdə bələdiyyə
qulluqçularından əsas tələbi bütün hallarda vətəndaş məmnunluğunun təmin edilməsinin təmin
edilməsidir. Odur ki, rəhbərliyin və bələdiyyə
iclasının qərarlarından irəli gələn məqamlara uyğun olaraq borclu vətəndaşlarla görüşlər keçirir, izahatlar verilir, ləngidilən
hər günə görə peniya hesablanacağı deyilir. Bir çox hallarda vətəndaşlar bu
izahat işlərindən sonra ödəniş edirlər.
Rəqsanə
Əliyeva bildirib ki, bələdiyyə seçicilərinə qarşı əsasən humanist addım atmağa
çalışır. Borclu vətəndaşlarla bağlı tərtib edilən aktların icra şöbəsinə
təqdim edilməsi bələdiyyənin atacağı ən son addımdır.
Görüşdə bələdiyyənin
vergi xidmətinin rəhbəri Rizvan Rəhimov bildirib ki, Şüvəlan bələdiyyəsinin büdcə gəlirləri
2019-cu illə müqayisədə 2.4 dəfə artıb. Belə ki, 47.507 manata qarşı 2023-cü
ildə 114.488 manat maliyyə vəsaiti əldə edilib. Bu il altı ayı ərzində artıq büdcə gəlirlərində
15 fazilik artıma nail olunub. İlin sonunadək əldə ediləcək büdcə vəsaitlərində
artımın 25 faizədək olacağı gözlənilir.
Vergi
xidmətinin rəhbəri Rizvan Rəhimov görüşdə
yenilənmiş BAMS proqramının bələdiyyənin büdcə gəlirlərinin formalaşmasında
əhəmiyyətli rol oynadığını da qeyd etməyi unutmayıb.
Görüşdə “Bələdiyyələrin fəaliyyətinin təbliği” İcitmai
birliyinin sədri Vüqar Tofiqli öz fikir və mülahizələrini görüş iştirakçılar ilə
bölüşüb.
Belediyye.info
Rəylər
0 Rəy