"Bələdiyyənin yeddi hektarlıq yaşıllıq zolağında damcı suvarma sistemi qurulur"- bu fikirləri Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tagıyev bildirib. Sədr bildirib ki, bu addımın atılması bir tərəfdən su israfçılığınin qarşını alacaq, digər tərəfdən ağacların aqrotexniki qaydalara uyğun inkişafına müsbət təsir edəcək. Ərazinin su təchizatının təmin edilməsi məqsədiylə yeddi su artezian quyusu qazılaraq istifadəyə verilib. Bu artezian qurğularından əldə edilən su ilə rayon ərazisində digər park və bağların sulanmasında da istifadə edilir. Yaşıllıq zolağında xidmətin göstərilməsi üçün yeddi nəfər işlə təmin edilib.Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə ərazidə yüzlərcə küknar və "Eldar şamı" ağacı əkilib. Mövsümün sonunadək agacəkmə aksiyası davam etdiriləcəkdir.
Rəylər
0 Rəy