Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

12-10-2024 , 11:13

998

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Mətləb Əliyev: “Vergi ödəyicilərimiz vergilərini vaxtında ödəmiş olsalar.."


“Mötəbər tədbir  öncəsi paytaxtda həyata keçirilən layihələrə biz də bələdiyyə olaraq öz töhfəmizi verməyə çalışırıq”- bu fikirləri Xəzər rayonu Buzovna bələdiyyəsinin sədri Mətləb Əliyev bildirib.

Sədr qeyd edib ki, maliyyə imkanları çərçivəsində ərazidə təmizlik işlərinin aparılması ilə bağlı, tullantı qablarının qoyulduğu ərazilərdə, habelə park və meydanlarda təmizliyin qorunması ilə bağlı daim monitorinq apararaq nəticəsi barədə həm müvafiq orqanlar qarşısında məsələ qaldırır, həm də bələdiyyə iclasına müzakirəyə çıxarırıq. 

Qəsəbənin abadlığına xidmət edən bütün məsələlərlə  bağlı bələdiyyə iclasında daim müsbət qərarlar verilir.    

Bu günlərdə Xəzər RİH-in təşəbbüsü ilə Gədəmgah küçəsində 1 ədəd, Ordubadi küçəsində 2 ədəd, M.Əliyev küçəsində 1 ədəd, Ə.Mirəhmədov küçəsində 3 ədəd, M.Namazov küçəsində 2 ədəd, A.Rəhimov küçəsində 2 ədəd, N.Əliyev küçəsində 4 ədəd,  cəmi 15 ədəd olmaqla zibil tullantıları üçün ayrılmış ərazilərdə beton altlıq işləri həyata keçirilmişdir. 

Əlavə edim ki, hazırda bələdiyyənin vergi xidmətinin səmərəli fəaliyyəti nəticəsində əldə olunan vəsaitlə qəsəbədə bir sıra ciddi layihələrin icrasını həyata keçirə bilmişik. Sadəcə vergi ödəyicilərimiz öz vergilərini vaxtında ödəmiş olsalar biz qəsəbəmizin inkişafına, abadlığına xidmət edən daha çox layihələr icra etmiş olarıq.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər