Yasamal rayonunda abadlıq işləri davam etdirilir
Yasamal rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonun müxtəlif ünvanlarında kompleks tədbirlər həyata keçirilir.
Rayonun ayrı-ayrı küçələrində,həyət və yaşayış məhəllələrində abadlıq-quruculuq işləri aparılır.
Yasamal bələdiyyəsi tərəfindən növbəti abadlıq işlərinə rayonun Əbdülvahab Salamzadə küçəsi 7 və Abbas Mirzə Şərifzadə küçəsi 79 ünvanlarında başlanılıb. Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgahlar, oturacaqlar, müxtəlif növ uşaq-oyun elementlərinin və idman qurğularının quraşdırılması işləri da nəzərdə tutulubdur.Hazırda rayonun digər ünvanlarında da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.
Yasamal Bələdiyyəsi
i