Təmraz Tağıyev: “Nərimanov bələdiyyəsi hər zaman həssas qrupa aid insanlara öz qayğı və diqqətini əsirgəmir”
Nərimanov bələdiyyəsində 1-ci qrup Vətən müharibəsi əlilli Etiram Musayevlə görüş keçirilib. Bu
barədə Belediyye.infoya məlumatı adıçəkilən bələdiyyənin sədri Təmraz Tağıyev
bildirib.
Təmraz
Tağıyev fiziki məhdudiyyətli müharibə veteranını inzibati binanın həyətində qarşılayaraq, salamlamış və rayon
sakin olan müharibə veteranının sosial-məişət qayğılarıyla maraqlanaraq həlliylə
bağlı addım atılacağını bildirib.
Sədr
bildirib ki, birinci qrup qazi Etiram Musayev
bundan sonra da mütəmadi olaraq mənzilində ziyarət edilərək onu narahat
edən məsələlərin həllinə öz dəstəyini göstərəcəkdir.
Qazi Etiram
Musayev döyüş xatirələrindən söhbət açıb və
dövlət başçısına şəhid ailələrinə və qazilərə göstərilən diqqət və
qayğıya görə minnətdarlığını bildirərək Vətən müharibəsindəki Qələbənin Müzəffər
Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi, xalqımızın
igid oğullarının qəhrəmanlıqları nəticəsində qazanıldığını söyləyib.
Təmraz
Tağıyev Nərimanov bələdiyyəsinin hər daim şəhid və qazi ailələrinə göstərilən
diqqətdən danışaraq, bələdiyyəyə edilən
müraciətlərin hər biri bələdiyyə iclasında müsbət qarşılanaraq operatv şəkildə
öz həllini tapdığını qeyd edib.
Sədr bildirb
ki, Nərimanov bələdiyyəsində bu günədək beş nəfər şəhid ailəsinin üzvü Nərimanov bələdiyyəsində işlə təmin edilmiş,
31 nəfər şəhid və qazi ailəsinə aylıq olaraq maddi dəstək göstərilir. Bununla
yanaşı yeddi nəfər şəhid ailəsinin övladına aylıq təqaüd verilir.
Belediyye.info
Rəylər
0 Rəy