Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-08-2024 , 09:57

1260

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Sahil bələdiyyəsinin 2024-cü ilin yarımillik hesabatı

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxmışdır.Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib və  həmin tarixdən etibarən  Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanılmışdır.

Ümummilli lider Heydər Əliyev siyasətinin davamçısı cənab prezident  İlham Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə qəbul edilmiş qanun, fərman, sərəncam və Dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərmişdir.Həyata keçirilən gənclər siyasətinin nəticəsidir ki, əsasən gənclərdən ibarət olan müzəffər ordumuz cəmi 44 günlük Vətən müharibəsində igidlik, şücaət göstərərək tarixi torpaqlarımızı düşməndən azad etdi.

Azərbaycan gənclərinə göstərilən xüsusi diqqətin davamı olaraq 2 fevral 2024-cü il tarixində Sahil bələdiyyəsinin təşəbbüsü  və Bakı şəhəri Gənclər və İdman İdarəsinin Qaradağ rayon sektorunun təşkilatçılığı ilə Qaradağ Gənclər evində Gənclər günü”nün qeyd olunması ilə bağlı musiqili- əyləncəli tədbirin keçirilməsinə 708 (yeddi yüz səkgiz manat)  manat məbləğində vəsait ayrılmışdır.Tədbirdə iştirak edən gənclər göstərilən diqqətə və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

Sahil bələdiyyəsi əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, rifah halının yüksəldilməsi sahəsində bir sıra tədbirlər həyata keçirtmişdir.Bələdiyyənin təşəbbüsü ilə Holcim ASC-nin maliyyə  dəstəyi ilə Ramazan bayramı və  26 iyun Silahlı Qüvvələr günü münasibətilə  15 şəhid ailəsinin hər birinə  200 manat, 80 veteran ailəsinin hər birinə 100 manat dəyərində kupon paylanılmışdır.Xalqımızın qürur yeri olan bu ailələrə hər zaman diqqət və qayğı ilə yanaşılır, onları narahat edən problemlərin həllinə  köməklik göstərilir.

Hesabat dövründə Sahil bələdiyyəsi tərəfindən 12 ümumi iclas keçirilmiş və iclas protokolları Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Baş İdarəsinə göndərilmişdir.

Hesabat dövründə ayrı-ayrı təşkilatlardan 89 məktub daxil olub, 128 məktub göndərilib, 8 yazılı müraciətə, o cümlədən  digər sənədlərə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə baxılıb və cavablandırılıb.

          Hesabat dövründə  sədr tərəfindən  157 vətəndaş qəbul edilib.

           Bələdiyyənin büdcəsinə daxilolmalar AR Nazirlər Kabinetinin Vergi Məcəlləsinə və Bələdiyyənin qəbul etdiyi müvafiq qərarlarına əsasən hesablanır.

           Vergilərin ödənilməsindən yayınan ödəyicilərə xəbərdarlıq məktubları göndərilmişdir.

           Hesabat dövründə bələdiyyə büdcəsinə  40131 manat daxil olmuşdur.

O cümlədən:

          fiziki şəxslərdən torpaq vergisi –  4013   manat;

          fiziki şəxslərdən əmlak vergisi –  36118    manat;

          Bələdiyyə büdcəsinə daxil olmuş vəsaitlər aşağıdakı istiqamətlər üzrə xərclənmişdir:

Bələdiyyə qulluqçularının əmək haqqısının ödənilməsinə -  23817 manat; 

Bələdiyyə işçilərinin əmək haqqlarından DSMF-yə ayırmalara- 5288 manat;

          Təmir xərci- 1275 manat

          İdarənin sair xərclərinə-4226  manat

          Kommunal ,telefon xidmət haqqına – 962 manat

          Tədbirlərin keçirilməsinə-1408 

Sosial yardımlar – 1455 manat;

          Dəfn və yas mərasimlərinin təşkilinə-1700  manat

Qaradağ  rayon  Sahil  Bələdiyyəsi vergi ödəyiciləri ilə sıx əlaqə yaradılması məqsədilə bələdiyyə hesabatlarının inzibati ərazimizdə yaşayan vətəndaşlara elan, bülleten, internet saytı və.s vasitələrlə çatdırılmasını təmin etmişdir.

Bildiririk ki, bundan sonra da maliyyə vəsaitlərimizdən istifadə etməklə bələdiyyə ərazisinin abadlaşdırılması , qəsəbə sakinlərinin məişət, sosial və mədəni tələbatının ödənilməsi üçün lazımi tədbirlər həyata keçiriləcəkdir.

E.Əliyeva

Sahil bələdiyyəsinin sədri                                       


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər