Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

03-11-2026 , 21:02

137

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Qarşıdakı dövrdə də əsas məqsədimiz... BƏLƏDİYYƏ SƏDRİ YAZIR


 Şüvəlan Bələdiyyəsinin 2027-ci il üzrə büdcə layihəsi 8 oktyabr 2026-cı il tarixində keçirilmiş 26 saylı iclasda müzakirə olunub. Büdcə layihəsi hazırlanarkən əsas diqqət sosialyönümlü xərclərə, ərazidə yaşayan sakinlərin ehtiyaclarının qarşılanmasına və bələdiyyənin yerli əhəmiyyətli vəzifələrinin icrasına yönəldilib.

2027-ci il üçün bələdiyyə büdcəsinin gəlirləri 350.000 manat həcmində proqnozlaşdırılır. Bu vəsaitin formalaşmasında əsas gəlir mənbələrindən biri əmlak və torpaq vergiləridir.

Büdcə daxilolmalarının dinamikasına nəzər saldıqda, son bir ildə müsbət artım müşahidə olunur. Belə ki, 2025-ci ilin ilk 10 ayında Şüvəlan Bələdiyyəsinin büdcə gəlirləri ümumilikdə 138 947 manat təşkil edib. Bunun 104 252 manatı əmlak vergisinin, 34 694 manatı isə torpaq vergisinin payına düşüb.

2026-cı ilin ilk 10 ayı ərzində isə ümumi büdcə gəlirləri 245 317 manata yüksəlib. Bu məbləğin 181 308 manatı əmlak vergisi, 64 008 manatı isə torpaq vergisi üzrə daxilolmalardır.

Müqayisə göstərir ki, 2026-cı ilin 10 ayı ərzində büdcə gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 76,6 faiz artıb. Bu göstərici bələdiyyə gəlirlərinin formalaşdırılması istiqamətində görülən işlərin və vergi daxilolmalarının əhəmiyyətini bir daha ortaya qoyur.

Qarşıdakı dövrdə də əsas məqsədimiz büdcə gəlirlərinin artırılması, vergi ödəyicilərinin məsuliyyətinin yüksəldilməsi, maliyyə vəsaitlərindən səmərəli və şəffaf istifadə olunmasıdır. Formalaşan büdcə imkanları çərçivəsində sosialyönümlü layihələrin həyata keçirilməsi, abadlıq və yerli infrastrukturun yaxşılaşdırılması, eləcə də sakinləri narahat edən məsələlərin həlli diqqət mərkəzində saxlanılacaq.

İnanırıq ki, bələdiyyə ilə sakinlər arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və hər bir vətəndaşın yerli büdcə gəlirlərinin formalaşmasına məsuliyyətli yanaşması Şüvəlan qəsəbəsinin inkişafına öz töhfəsini verəcək.

Telman Süleymanov

Şüvəlan Bələdiyyəsinin sədri

Rəylər

0 Rəy


Rəy yaz