Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

03-11-2026 , 17:39

249

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Osman Quliyev: “Bələdiyyənin əsas vəzifələrindən biri maliyyə imkanlarının genişləndirilməsidir”

 

Qaradağ rayonu Qobustan bələdiyyəsinin 2027-ci il üzrə büdcə layihəsi bələdiyyə iclasında müzakirə olunub. Müzakirələr zamanı qarşıdakı il üçün nəzərdə tutulan gəlir və xərclər, maliyyə vəsaitlərinin əsas istiqamətlər üzrə bölüşdürülməsi, eləcə də büdcə daxilolmalarının artırılması imkanları ətrafında fikir mübadiləsi aparılıb.

 2027-ci il üçün Qobustan bələdiyyəsinin büdcə xərclərinin ümumilikdə 100.000 manat təşkil etməsi proqnozlaşdırılır. Bu məbləğin 49.000 manatı bələdiyyənin saxlanılması xərclərinə, 51.000 manatı isə digər istiqamətlər üzrə xərclərin maliyyələşdirilməsinə yönəldiləcək.

 Bu barədə Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Osman Quliyev məlumat verib.

 Sədr bildirib ki, digər xərclər çərçivəsində aztəminatlı ailələrə sosial yardımların göstərilməsi, maddi imkanı məhdud olan sakinlərin ailələrində vəfat etmiş şəxslərin dəfn və yas mərasimlərinin təşkilinə dəstək verilməsi, qəbiristanlıqların saxlanılması və idarə olunması, mədəni-kütləvi tədbirlərin keçirilməsi, həmçinin bələdiyyə yollarının təmiri və saxlanılması, ərazinin abadlaşdırılması işlərinin həyata keçirilməsi nəzərdə tutulur.

 Büdcə gəlirlərinin əsas mənbələrini fiziki və hüquqi şəxslərdən toplanan əmlak və torpaq vergiləri, eləcə də icarə haqları təşkil edəcək.

 Bələdiyyənin maliyyə imkanlarının genişləndirilməsi və gəlir bazasının möhkəmləndirilməsi qarşıdakı dövrün əsas vəzifələrindən biridir. Bu məqsədlə mövcud gəlir mənbələrinin səmərəli idarə olunması, əlavə gəlir imkanlarının müəyyənləşdirilməsi, vergi və digər məcburi ödənişlərin yığım səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulur. Eyni zamanda, torpaq və əmlakdan istifadənin səmərəliliyinin artırılması, icarə münasibətlərinin düzgün tənzimlənməsi və büdcə daxilolmalarına nəzarətin gücləndirilməsi diqqət mərkəzində saxlanılacaq.

 Son illərin göstəricilərinə nəzər saldıqda, bələdiyyənin büdcə gəlirlərində artım dinamikası müşahidə olunur. Belə ki, 2025-ci ilin ilk 10 ayı ərzində bələdiyyənin büdcə gəlirləri 21.499 manat, 2026-cı ilin eyni dövründə isə 25.612 manat təşkil edib. Müqayisə göstərir ki, 2026-cı ilin 10 aylıq gəlirləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4.113 manat artıb. Bu isə təxminən 19,1 faizlik artım deməkdir.

 Qeyd edilməlidir ki, bələdiyyə büdcəsinin formalaşdırılmasında əsas məqsəd yalnız maliyyə göstəricilərini təmin etmək deyil, həm də yerli əhəmiyyətli məsələlərin həllinə real töhfə verməkdir. Ayrılan vəsaitlərin mövcud ehtiyaclara uyğun, məqsədyönlü və səmərəli istifadəsi, sakinlərin müraciət və təkliflərinin nəzərə alınması fəaliyyətimizin əsas prinsiplərindən olacaq.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər