Səmədabad bələdiyyəsinin sədrini yaxından tanıyaq
Biləsuvar rayonu Səmədabad bələdiyyəsinin sədri Əliislam Orucov 05 noyabr 1955-cil ildə rayonun Səmədabad kəndində anadan olub.
1963-ci ildə Səmədabad kənd orta məktəbinin 1-ci sifinə gedib.
1973-cü ildə həmin məktəbi bitirib. 1974-1976 cı illərdə hərbi xidmətdə olub. 1977-cil ildə Azəbaycan Kənd Təsərrüfatı Akademiyasına qəbul olaraq 1981-ci ildə həmin Akademiyanı bitirib.
1981-ci ildən 1996-cı ilədək Biləsuvar Quşçuluq Fabrikində muxtəlif məsul vəzifələrdə çalışıb.
1999-cu ilin dekabr ayında Səmədabad Bələdiyyəsinə üzv seçilib.
2002-ci ildən 2004-ü ilədək bələdiyyə sədri olub.
2009-cu ildə yenidən Səmədabad Bələdiyyəsinə üzv seçilib. 2009-cu ildən 2020-ci ilədək bələdiyyə sədrinin müavini, 2020-ci ilin may ayının 12-dən hal-hazıradək Səmədabad Bələdiyyəsinin sədri vəzifəsində çalışıb.
Rəhbərliyi dövründə Səmədabad Bələdiyyəsinin fəaliyyətində ciddi dəyişiklik baş verməkdədir. Kəndin su təchizatının təmin edilməsi, kəndarası yolların təmir-bərpa edilməsiylə bağlı atılan addımlar, "Şəhidlər" abidəsinin inşa edilməsində, bələdiyyənin büdcə gəlirlərinin artırılmasında, habelə bələdiyyənin məhkəmə çəkişmələrində sədr Ə.Orucovun qətiyyətli və səmərəli fəaliyyəti xüsusi olaraq qeyd edilməlidir.
Rəylər
0 Rəy