Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

03-04-2024 , 00:05

2289

Son xəbərlər

Bütün xəbərlər

Bu həmdə ziyalıya verilən qiymətdir

Gündəlik Xəbərlər
05-12-2024

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Ədliyyə naziri: İnteqrasiyası təmin olunmuş vahid rəqəmsal ədalət mühakiməsi sisteminə istiqamətlənmiş addımlar atmalıyıq

Bakı, 2 aprel, AZƏRTAC

Rəqəmsallaşma öz-özlüyündə məqsəd ola bilməz. Rəqəmsallaşma daha üst məqsədə - bu halda əsas insan hüquq və azadlıqlarının effektiv şəkildə qorunmasını təmin etmək məqsədinə xidmət etməlidir. Rəqəmsal sahədə islahatlar apardıqda buna bir proses kimi yanaşmalıyıq. Çünki burada prosesin iştirakçılarının da hazırlığı çox önəmlidir. Bəzən rəqəmsal alətlər istifadəyə verildikdə onun potensial istifadəçilərinin hazırlıq səviyyəsi nəzərə alınmaya bilər.

Bunu ədliyyə naziri Fərid Əhmədov aprelin 2-də “Rəqəmsal cinayət prosesi: Müasir çağırışlar və hədəflər” mövzusunda keçirilən konfransda deyib.

Nazir bildirib ki, ayrı-ayrı informasiya sistemlərinin yaradılması öz-özlüyündə çox önəmli olsa da, burada əsas məsələ onların sadəcə daxili sənəd dövriyyəsinə çevrilməməsidir: “Ədliyyə Nazirliyinin elektron icraat, elektron notariat sistemləri vahid sistemə inteqrasiya olunduqda elektron ədalət mühakiməsi sisteminə əlavə dəyər qatmış olur. Nəticədə elektron ədalət mühakiməsinin vahid pəncərəsini formalaşdırmış olacağıq. Həmin vahid pəncərənin formalaşdırılması təbii ki, yeni mövhum deyil. Bu, sadəcə ədalət mühakiməsinə bütün proses iştirakçıları və vətəndaşlar üçün vahid pəncərədən çıxışı təmin etmək aləti qismində çıxış edir. Vahid sistemin əhəmiyyəti həm də ondan ibarətdir ki, dövlət orqanları arasında daha rəvan və çevik məlumat mübadiləsi həyata keçirmiş olacaq. Vahid məlumat bazasının formalaşdırılması və mübadilənin həyata keçirilməsi süni intellekt alətlərinin tətbiqi üçün də əlverişli imkan yaradacaq. Ona görə də biz bu prosesdə hədəf olaraq inteqrasiyası təmin olunmuş vahid rəqəmsal ədalət mühakiməsi sisteminə istiqamətlənmiş addımlar atmalıyıq. Həmin prosesi qısa müddətdə həyata keçirə bilməsək də, bu yolu qət etmək üçün kifayət qədər möhkəm təməl qurulub və bunun sayəsində biz hədəfə doğru uğurla addım atacağıq”.

https://azertag.az/

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər