Azərbaycanın terror aktıyla əlaqələndirilməsi iyrənc informasiya təxribatı hesab edirəm
"Bu günlərdə “Crocus City Hall” konsert zalında törədilmiş
və xeyli günahsız insanın ölümünə səbəb olmuş terror aktında Azərbaycan izini
axtarmaq bu gün çox məntiqsiz görürün və bu addımı teleaparıcı, jurnalist
Vladimir Solovyovun Azərbaycana qarşı ənənəvi qərəzindən əl çəkmədiyini göstərir.
Təəssüf ki,
V.Solovyov özünün məntiqsiz fikriləriylə növbəti dəfə informasiya təxribatı
aparır. Özünü yüksək intellektual zəka sahibi hesab edən jurnalist hələ də
bilmir ki, terrorçunun heç bir milli və dini mənsubiyyəti olmur. Nəzərə alsaq
ki, hadisəni törətməkdə təqsirli bilinən şəxslər müəyyənləşib və Solovyovun
“konsprioloji təfəkkürünü” işə salmasına heç bir ehtiyac yoxdur.
V.Solovyovun “Crocus City Hall”da törədilmiş təxrtibata
etnik don verməsi azərbaycanlıları, ümumən Azərbaycanı hədəfə almaq, Rusiyada
etnik münaqişə alovlandırmaq, həmvətənlərimizə münasibətdə, habelə müsəlman aləminə
antipatiya yaratmaq üçün növbəti cəhdidir.
Sözsüz ki, jurnalistin terror aktında Azərbaycan izlərini
axtarmaq cəhdi onun daim ermənipərəst təəssübkeşliyindən qaynaqlanır.
QHT sədri olaraq V.Solovyovun “Crocus City Hall” konsert
zalında törədilmiş qorxunc terror aktı ilə bağlı mövqeyini, Azərbaycanı bu
hadisə ilə əlaqələndirmək yönümlü iyrənc informasiya təxribatını qətiyyətlə
pisləyirəm. Düşümnək olar ki, heş olmasa Azərabaycan cəmiyyətində səslən fikirləri
nəzərə alıb bu cür təxribat xarakterli çıxışlara son vermiş olacaq.
Vüqar Tofiqli
"Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri
Rəylər
1 Rəy
Eminov Təyyar
27-03-2024, 8 ay əvvəl
Crocus City Hall konsert zalında törədilmiş terror aktını Azərbaycanla əlaqələndirmək bir başa cəfəngiyatdır. Mən bir Azəri -Türkü olaraq bu qarayaxma kompaniyasını pisləyirəm və V.Salavyov təki insanlara arolsun deyirəm . Azərbaycan Vətən müharibəsi veteranları İctimai birıiyi Qubadlı rayon şöbəsinin sədri T.Eminov
Cavabla