Şəki regional ədliyyə idarəsinin rəisi vəzifəsindən azad edilib-YENI VƏZIFƏYƏ TƏYINAT ALIB
Belediyye.infonun əldə etdiyi məlumata görə, Ədliyyə naziri Fikrət Məmmədovun müvafiq əmriylə Şəki regional ədliyyə idarəsinin rəisi Abdulla Yusifov vəzifəsindən azad edilib.
Nazirin digər əmriylə A.Yusifov Məhkəmə Ekspertiza Mərkəzinə rəis müavini vəzifəsinə təyin edilib.
Şəki regional ədliyyə idarəsinin rəisi vəzifəsinin icrası idarənin rəis müavini Zaur Xəlilova həvalə edilib.
Əlavə edək ki, Abdulla Yusifov 2020-2023-cü ilin noyabr ayınadək Şəki regional ədliyyə idarəsinin rəisi vəzifəsində çalışıb.
Belediyye.info
Rəylər
0 Rəy