Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

28-10-2023 , 07:25

5125

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Təmraz Tağıyev: “Vətənim İrəvana, Zəngəzura, Göyçəyə qayıtmaq istəyimi bildirməyim erməni təmsilçiləri tərəfindən birmənalı qarşılanmadı”


“Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin 45-ci Sessiyası bir daha əyani şəkildə göstərdi ki, biz daim erməni tərəfinin heç bir məntqə sığmayan mənasız hərəkətlərinə cavab verməyə hazır olmalıyıq”- bu fikirləri Belediyye.infoya Konqresdə Azərbaycan nümayəndə heyətinin üzvü, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib.

Sədr bildirib ki, sessiyanın sonuncu günündə ermənilərin və onları dəstəkləyən qüvvələrin cəhdlərinə baxmayaraq son anda sessiyanın gündəliyinə salınmış “Qarabağ və ətraf şəhərlər və regionlarda humanitar vəziyyətə dair Bəyanat”da “Dağlıq Qarabağ”, “etnik təmizləmə”, “emənilərin mədəni və dini irsinin qorunması” və bir neçə bu tip müddəalar sənəddən çıxarıldı.

Müzakirələrdə söz alıb danışarkən sözümü kəsməyə cəhd edən erməni və ermənipərəst qüvvələrin təkidli hərəkətlərinə baxmyaraq çıxışı sonadək davam etdirdim. Əyləşdiyim kürsüyə yaxın yerdə əyləşən erməni bələdiyyə sədrləri mənə qarşı hətta  nalayiq ifadələr işlətməkdən çəkinmədilər. Nümayəndə heyətinin rəhbəri Anar İbrahimovun və üzvlərin  birgə səyi ilə  müəyyən mənada istəyimizə nail olduq.

Düzdü bəyanat tam bizi qane etmir, ancaq mövqeyimiz odur ki, ümumiyyətlə bu məsələ Azərbaycanın daxili işidir və heç bir müzakirəyə çıxarılmamalıdır.

Çıxışımın sonunda “mən Vətənim İrəvana, Zəngəzura, Göyçəyə qayıtmaq istəyirəm” fikriylə bitirməyim erməni təmsilçiləri tərəfindən birmənalı  qarşılanmadı. Vətənimin Hamamlı bölgəsi olmasını, bu rayonda doğulub boya - başa çatdığımı və məhz erməni separatçılarının etnik təmizləmə siyasəti nəticəsində 300 minlik azərbaycanlının  öz doğma yurd-yuvasından erməni separatçı qüvvələri tərəfindən  qovulduqlarını sessiya iştirakçılarının diqqətinə çatdırdım.

Son olaraq qeyd edim ki, bu gün məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun əsgər və zabitlərinin şücaəti ilə  doğma Qarabağ və Zəngəzurumuz erməni separatçılarından təmizləndi.

Beləliklə, ölkəmiz bütün ərazisində öz suverenliyini bərpa etmiş oldu. Odur ki, biz daim bütün sahələrdə ayıq-sayıq olmalı və erməni separatçı qüvvələrə tutarlı cavab verməyə hazır olmalıyıq.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər