Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

09-09-2023 , 08:30

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +
Batumidə Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə Regional və Yerli Hakimiyyətlər Konfransının (CORLEAP) işində Azərbaycan nümayəndələri iştirak edir

Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə Regional və Yerli Hakimiyyətlər Konfransının (CORLEAP) üzvləri: Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov, Nərimanov Bələdiyyəsinin sədri, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri Təmraz Tağıyev və nümayəndə heyətinin katibi Rövşən Məmmədov Konfransın 7 sentyabr tarixli 12-ci illik yığıncağında iştirak etmək üçün Gürcüstanın Batumi şəhərində səfərdə olublar.

İlk olaraq CORLEAP-ın bürosunda Azərbaycandan təmsil olunan Anar İbrahimovun iştirakı ilə büro iclası baş tutmuş və daha sonra CORLEAP-ın 12-ci illik yığıncağı işinə başlamışdır. Konfransın açılışında Gürcüstanın Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Tornike Rijvadze, Gürcüstanın regional inkişaf və infrastruktur nazirinin müavini Mzio Giorgobiani və Batumi şəhərinin meri Arçil Çikovani çıxış edərək qonaqları salamlamışlar.

CORLEAP-ın gündəliyində duran ilkin məsələ “Yeni geosiyasi reallıqda ‘Şərq Tərəfdaşlığı’ mövzusunda şəhərlərin və bölgələrin səsi” müzakirə edilmişdir. Müzakirədə bir sıra siyasətçilər və ekspertlər, o cümlədən Avropa Şurası Konqresinin Regionlar Palatasının sədri Harald Sonderegger çıxış etmişdir. Daha sonra “Şərq Tərəfdaşlığı ölkələrində yerli hakimiyyət orqanlarının vətəndaşlarla dialoqu” adlı debatı və "Tərəfdaşlarımızla nə edə bilərik" mövzusunda CORLEAP hesabatı baş tutmuşdur. Sonda "Yerli səviyyədə vətəndaşlar üçün elektron xidmətlər: COVID 19 pandemiyası nə yaxşı nəticə verdi?" mövzusunda CORLEAP hesabatı dinlənilmişdir. Hesabatda Azərbaycan əhalisinin mütləq əksəriyyətinin internetə və elektron xidmətlərə çıxış imkanları müsbət təcrübə kimi qeyd olunmuşdur.

2011-ci ildə Polşanın Poznan şəhərində təsis edilən Şərq Tərəfdaşlığı üzrə Regional və Yerli Hakimiyyətlər Konfransı (CORLEAP) Avropa Birliyi-Şərq tərəfdaşlığının yerli və regional hakimiyyət orqanlarının platforması kimi fəaliyyət  göstərir.

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bakıda 30 hektarlıq yeni park salınır

Gündəlik Xəbərlər
15-03-2024

Şüvəlan bələdiyyəsindən humanist addım

Gündəlik Xəbərlər
05-03-2024