Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

17-04-2023 , 19:52

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Sumqayıtda “Heydər Əliyev mütərəqqi məhkəmə-hüquq islahatlarının müəllifidir” mövzusunda konfrans keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ölkə Prezidenti İlham Əliyev tərəfindən elan olunmuş 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində ədliyyə orqanlarında və məhkəmələrdə Ulu Öndərin zəngin irsinə həsr olunan silsilə tədbirlər davam etdirilir.

Bu münasibətlə aprelin 17-də Ədliyyə Nazirliyi tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin birgə təşkilatçılığı ilə Sumqayıtda gənclər üçün “Heydər Əliyev mütərəqqi məhkəmə-hüquq islahatlarının müəllifidir” mövzusunda konfrans keçirilib.

Tədbirdə Ədliyyə Nazirliyinin məsul işçiləri, Sumqayıt apellyasiya və birinci instansiya məhkəmələrinin hakimləri, məhkəmə aparatının əməkdaşları, Bakı Dövlət Universiteti Hüquq fakültəsinin və Sumqayıt Dövlət Universitetinin rəhbərliyi və çoxsaylı tələbələr iştirak ediblər.

Əvvəlcə Ümummilli Liderin Sumqayıt şəhərində abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub və əziz xatirəsinə dərin ehtiram bildirilib. Həmçinin gənclər Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən maraqlı ekspozisiyalar tanış olub, Ümummilli Liderə həsr olunan filmə baxıblar. Heydər Əliyev Mərkəzi ilə tanışlıq tələbələrdə xoş və zəngin təəssürat yaradıb.

Sumqayıt Məhkəmə Kompleksində davam edən tədbiri Ədliyyə Nazirliyi İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitova açaraq xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri olan dahi öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan tədbirlərdən bəhs edib. Bildirib ki, Ümummilli Liderin hər kəsə örnək olan tükənməz irsi daim öyrənilməli və ondan bəhrələnilməlidir. Bugünkü tədbirin məqsədi məhz Heydər Əliyevin dühası ilə bərqərar olmuş məhkəmə-hüquq sisteminin fəaliyyəti və aparılan islahatlar barədə tələbələri məlumatlandırmaqdır.

Sonra Ümummilli Liderin mənalı ömür yoluna və titanik fəaliyyətinə həsr olunan film nümayiş etdirilib.

Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev çıxış edərək Ulu Öndərin müasir müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılmasında rolunu qeyd edib, dahi rəhbərin təməlini qoyduğu və ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sisteminin təkmilləşdirilməsi üzrə aparılan ardıcıl tədbirlər və yeniliklər barədə tələbələri məlumatlandırıb, Sumqayıtda müasir Məhkəmə Kompleksinin inşasını bu islahatların mühüm tərkib hissəsi olduğunu bildirib.

Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dekanı Zaur Əliyev Ədliyyə Nazirliyi ilə sıx əməkdaşlığı, “Heydər Əliyev İli” çərçivəsində keçirilən birgə tədbirlərin tələbələr üçün faydasını qeyd edib, ölkəmizdə hüquq elminin və təhsilinin Ulu Öndərin rəhbərliyi dövründə yeni inkişaf dövrünə qədəm qoyduğunu, Ümummilli Liderin Hüquq fakültəsinə xüsusi qayğısını, milli, o cümlədən hüquqşünas kadrlarının yetişdirilməsində əvəzsiz rolunu vurğulayıb.

Çıxış edən Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri İlqar Dəmirov və Ruhiyyə Əsgərova əbədiyaşar liderin hər zaman qanunçuluq, haqq və ədalət tərəfdarı olduğunu, fəaliyyətinin bütün dövrlərində məhkəmə, ədliyyə və digər hüquq mühafizə fəaliyyətinə qayğılı münasibət göstərdiyini bildirib, Ümummilli Liderin müəllifi olduğu üçpilləli yeni məhkəmə sistemi, onun keçdiyi müasir inkişaf yolu barədə ətraflı məlumat veriblər.

Tədbirdə sual-cavab sessiyası keçirilərək tələbələri maraqlandıran suallara aydınlıq gətirilib, maraqlı diskussiyalar aparılıb.

Konfrans çərçivəsində gənclər Sumqayıt Məhkəmə Kompleksində yaradılan müasir şəraitlə, o cümlədən ictimai və inzibati zonalar, məhkəmə iclas zalları, hakimlər üçün və digər otaqlarla, “Elektron məhkəmə” informasiya sistemi və tətbiq edilən rəqəmsal innovasiyalarla yaxından tanış olublar.

Sonda xatirə şəkli çəkdirilib.

Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Prezident onları təltif etdi - Siyahı

Gündəlik Xəbərlər
21-11-2023

Azərbaycan Ədiyyəsinin 105 illiyinə

Gündəlik Xəbərlər
21-11-2023

Nazirlikdə ƏMƏLİYYAT: Direktor saxlanıldı

Gündəlik Xəbərlər
17-11-2023