Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-04-2023 , 10:13

4545

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Tədbir bələdiyyələrin nəzdində yaradılmış “Gender Komisyaları”nın sədrləri iştirakı ilə keçirilib 

Tədbir bələdiyyələrin nəzdində yaradılmış “Gender Komisyaları”nın sədrləri iştirakı ilə keçirilib 

Belediyye.infoya daxil olan məlumata görə, Abşeron Rayon İcra Hakimiyyəti (RİH) tərəfindən Xırdalan şəhəri Heydər Əliyev Mərkəzində “Məişət zorakılığının qarşısının alınmasında bələdiyyələrin fəaliyyəti” mövzusunda görüş keçirilib.

Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupunun rəhbəri Gülnar Rəhimova, Ədliyyə Nazirliyi İnsan hüquqları və kommunikasiya İdarəsinin rəisi Aynur Sabitova, Bələdiyyələrlə İş Mərkəzinin rəis müavini Elmin Həsənov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hüquq şöbəsinin baş məsləhətçisi Tural Hüseynzadə, RİH-nin Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvləri, RİH-in Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi, rayonun bələdiyyə sədrləri və bələdiyyələrin nəzdində yaradılmış “Gender Komisyaları”nın sədrləri iştirak ediblər.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-qadın siyasətinin Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayan G.Rəhimova diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadınının dünyadakı nüfuzu ölkədə gender siyasəti sahəsində aparılan məqsədyönlü fəaliyyətin nəticəsidir.

G.Rəhimova məişət zorakılığı ilə mübarizə çərçivəsində risk qrupuna daxil olan ailələrin aşkar edilməsi, onlarla profilaktiki iş aparılması və zorakılıq qurbanlarına zəruri psixoloji və hüquqi dəstəyin göstərilməsi məqsədilə cari ilin mart ayından Abşeron rayonu üzrə 15 bələdiyyənin nəzdində “Gender bərabərliyi komissiyaları”nın fəaliyyətə başladığını qeyd edib. O, əlavə edib ki, həmin bələdiyyələrin inzibati binalarında məişət zorakılığına dair müraciətlərin qəbul edilməsi üçün yerləşdiriləcək xüsusi qutulara atılan müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsində Komissiya İcra Hakimiyyətində fəaliyyət göstərən Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupu, həmçinin aidiyyəti qurumlarla birgə iş aparacaq.

Ədliyyə Nazirliyi İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitova çıxış edərək ölkəmizdə məişət zorakılığı, o cümlədən qadın zorakılığı ilə mübarizə istiqamətində nazirlik tərəfindən həyata keçirilən tədbirlər, aidiyyəti dövlət orqanları və QHT-lər ilə birgə koordinasiyalı fəaliyyətin təşkil edilməsi haqqında məlumat verib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquq şöbəsinin baş məsləhətçisi Tural Hüseynzadə çıxışında gender komisssiyasının vəzifələri və fəaliyyəti, gender üzrə məsul şəxslərin hüquq və vəzifələri haqqında ətraflı məlumat verərək qeyd edib ki, gender komissiyalarının yaradılmasında əsas məqsəd bələdiyyələrin gender məsələlərinə həssaslığın artırılması, bələdiyyələrdə gender problemləri ilə bağlı sistemli və əlaqələndirilmiş işin aparılması, o cümlədən kənd və qəsəbələrdə yaşayan əhalinin, xüsusilə qadınların gender problemləri ilə bağlı müraciətlərinin daha asan əlçatanlığının təmin edilməsidr.

Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin rəis müavini Elmin Həsənov görüş iştirakçılarının suallarını cavablandıraraq “Gender bərabərliyi komissiyaları”nın səmərəli işləməsi istiqamətində mövcud mexanizmlərin təkmilləşdirilməsi işlərinin davam etdirilməsini qeyd edib.

Tədbirdən sonra iştirakçılar Xırdalan Bələdiyyəsində məişət zorakılığına dair müraciətlərin qəbul edilməsi üçün yeni yaradılmış xüsusi qutulara yerində baxış keçiriblər.



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər