Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

26-06-2023 , 15:08

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Elmi-Praktik Məsələlər
- +

Ümummilli Lider


 Hər bir ölkənin tarixində onun gələcək taleyinə bilavasitə təsir göstərən əhəmiyyətli dönüş nöqtələri olur. Azərbaycan xalqının müasir tarixində isə -15 iyun  tarixi isə Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı oldu.  XX-XXI əsrlərin qovuşuğunda Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq müstəqil bir dövlət kimi formalaşması ümummilli lider Heydər Əliyevin uğurlu siyasi fəaliyyətinin bəhrəsidir. Ulu öndər Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, xalqın birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş üçün zəmin yaradılmasını özünün dövlətçilik strategiyasının əsas istiqamətləri kimi müəyyənləşdirdi.  Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi.  

Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin tarixdə çox önəmli uğurları və nailiyyətləri olmuşdur. Ulu Öndərin ən böyük uğurlarından biri məhz ölkəmizin ən çətin dövrlərində xalqı bəladan qurtarması, xaosun və parçalanmanın qarşısını almasıdır. Azərbaycan xalqı da öz liderini sevib və yaddaşlarda layiqli şəkildə bu günə kimi qoruyub saxlamışdır. Tarixə nəzər salsaq xalqımızın Heydər Əliyev şəxsiyyətinə olan sevgisinə səbəb ola biləcək bir çox misallar çəkmək, mühüm hadisələri xatırlatmaq olar. 

Unudulmaz liderimiz haqqında bunu fəxrlə deyə bilərik ki, milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən haldır. Dahi Lider bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etdi.     O, idarəetmənin ustadı və siyasətin kamil bilicisi idi. Heydər Əliyev məktəbi, onun misilsiz irsi və həyatı haqqında danışanda Ulu Öndərin dünya tarixində nadir və fenomenal liderlərdən biri olduğunu bu günki gənclərimizə aşılamış oluruq. Heydər Əliyevin təkcə Ali Sovetin sədri kimi 1993-cü il 24 iyunda Prezident səlahiyyətlərinin icra etməyə başlaması belə ayrıca bir tarix idi! 

Ümummilli liderimiz Heydər Əliyevin iyunun 24-də prezidentlik səlahiyyətlərini icra etməyə başlaması, xalqımızın ictimai-siyasi fikir tarixində də dönüş nöqtəsi oldu. Dövlətimizin  möhkəmlənməsi, ayrı-ayrı sahələrin inkişafına göstərilən diqqət və qayğı, əldə olunan uğurlar xalqımızın özünəqayıdışının əsas təkanverici qüvvəsi oldu.

Ulu Öndər Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəni parçalanıb yox olmaq təhlükəsindən qurtarmaqda idi. 

Dahi Heydər Əliyevin öz milləti və xalqı qarşısında ən böyük xidmətlərindən biri də özündən sonra onun iqtisadi-siyasi kursunu davam etdirə biləcək layiqli varis yetişdirməsidir.

 Bu gün Azərbaycan xalqı öz taleyinin və milli sərvətinin sahibidir. Ulu öndər Heydər Əliyev irsinin davamçısı Ali baş Komandan İlham Əliyevin başçılığı altında Azərbaycanımız işıqlı gələcəyə mətin addımlarla irəlliyir. Mən və bütün Azərbaycan xalqı Heydər Əliyev irsini və onun siyasətinin davamçısı olan Cənab Ali baş Komandan İlham Əliyevin siyasətinə inanır və hər zaman dəstəkləyirik. 

Abdulla Məmmədov

Suraxanı rayonu Zığ bələdiyyəsinin sədri

Rəylər

0 Rəy


Rəy yaz