Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-06-2023 , 16:59

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Elmi-Praktik Məsələlər
- +

15 İyun Milli Qurtuluş Gününün çağdaş tariximizdə mühüm  rolu var


15 İyun Milli Qurtuluş Gününün çağdaş tariximizdə mühüm  rolu var

15 İyun Milli Qurtuluş Gününün çağdaş tariximizdə mühüm  rolu var. Bu gün böyük təntənə ilə qeyd etdiyimiz  Milli Qurtuluş günü Azərbaycanın böyük oğlu, müstəqil  respublikamızın yaradıcısı və qurucusu, görkəmli dövlət xadimi  Heydər Əliyevin xalqın təkidli xahişi ilə hakimiyyətə yenidən qaydışı ilə başlanılmışdır.  Bu tarixi  isə nə unutmaq olar, nə də saxtlaşdırmaq.

Xalqımızın çoxsaylı dəyərli övladları 15 iyun tarixindən xeyli əvvəl, Milli Məclisin önündə 25 aprel 1992-ci ildə gənclərin iştirakıyla təşkil edilən mitinqdən mübarizəyə qoşulmuşdu. Xalqın dəyərli insanları Ulu Öndərin hakimiyyətə yenidən qayıdışını təmin etmək üçün ilk əvvəl yaş senzini aradan qaldırmağa qərar vermişdi.

Bu gün bu sırada dəyərli YAP təmsilçilərinin Musa Musayevi, Səyavuş Novruzovu, Abdin Fərzəliyevi, Sadiq Qurbanovu  adlarını görmək məndə xoş xatirələri bir daha canlandırdı. Çünki  bu sırada o illərin  aktiv gənclərindən biri də mən idim. İstər yaş senzi ilə bağlı keçirilən mitinqdə, istrəsə də sonrakı illərdə apardığımız siyasi mübarizədə bizdə xalqımzıın və dövlətimzin inkişafı naminə töhfəmizi verməyə özümüzü borclu saymışıq. Çünki Azərbaycanın o illərdə düşdüyü  gərgin vəziyyətdən xilas yolunun  yalnız Ulu Öndərin gəlişiylə bağlı olduğunu başa düşürdük.  

Həmin illərdə ölkədə yaranmış siyasi hərc mərclik, kürsü davası belə bir mübarizədə iştirak edən hər birimizin həyatı təhlükəli olduğunu da   yaxşı bilirdik. Hər birimiz həm Ulu Öndərin yenidən hakimiyyətə gəlişinə və onun Azərbaycanı belə ağır vəziyyətdən çıxaracağına inanırdıq.   

25 aprel 1992-ci il Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişini təmin edilməsi məqsəqiylə “Yaş senzi olan - 121-ci maddənin 2-ci bəndinin ləğvinə “ həsr olunmuş mitinqin təşkili mühüm əhəmiyyət kəsb edirdi. YAP yaranması ideyası da başlanğıcını məhz bu mitinqdən götürür.

Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynayıb. Ulu Öndərin işləyib hazırladığı müasir, müstəqil dövlət quruculuğu konsepsiyası  ölkə rəhbərimiz, Ali Baş Komandan İlham Əliyevin idarəçiliyi altında 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin bünövrəsində dayanaraq gələcək inkişafını, misli görünməmiş uğurların əsasını qoyub.

22 il ərzində YAP-ın Nərimanov təşkilatının sədri kimi var qüvvəmlə Ulu Öndərin qurub yaratdığı Azərbaycanın inkişafına sərf etməyimlə  bu gün qürur duyuram.

Hazırda Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri vəzifəsindəyəm. Ölkəmizdə Möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir ki,  təmsil olunduğum 15 minlik bələdiyyə üzvünün hər biri  “Milli Qurtuluş” gününü ehtiramla qeyd edir və ölkəmizin bundan sonrakı inkişaf prosesinə öz töhfəsini verməyə hazırdır.

Təmraz Tağıyev

Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri


Rəylər

0 Rəy


Rəy yaz