Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

11-07-2023 , 22:36

609

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Bələdiyyə Hesabatları
- +

Bələdiyyə sədri: “Məqsədimiz bələdiyyənin  ötən dövrlərdən DSMF-yə olan borcunun  tam olaraq ödənilməsidir”          

(Xəzər rayonu Şağan Bələdiyyəsinin 2023-cü il üzrə 6 aylıq hesabatı)

 Şağan bələdiyyəsinə ötən dövr ərzində müxtəlif  dövlət  orqanı və  təşkilatlarından  77 ədəd  məktub daxil olmuş, bələdiyyə tərəfindən isə 117 ədəd məktub  müvafiq idarə və təşkilatlara göndərilmişdir.

Vətəndaşlardan müxtəlif məsələlərə dair 113 ərizə daxil   olmuşdur. Ərizələr əsasında edilən  müxtəlif səpkili müraciətlərə vaxtında  “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan  Respublikası Qanununa müvafiq olaraq, müəyyən edilmiş qaydada , səlahiyyətlərimiz cərçivəsində baxılaraq lazımı tədbirlər görülmüşdür.

Ötən 6 ay ərzində Şağan Bələdiyyəsində bələdiyyə  üzvlərinin 12 iclası keçirilib. Keçirilən iclaslarda müzakirəyə  bir sıra məsələlər çıxarılıb və müzakirə mövzusu olan məsələlər barədə fikir mübadiləsi edilərək, təkliflər irəli sürülüb , qərarlar qəbul edilmişdir.  Bələdiyə tərəfindən bələdiyyə üzvlərinin qəbul etdiyi  müvafiq qərarlar qanunauyğun olaraq, nəzarət qaydasında baxılması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinə  göndərilmişdir. Bələdiyyələrlə İş Mərkəzi tərəfindən göndərilən  tövsiyə məktubları  və metodik vəsaitlər bələdiyyənin işinin təşkilində  nəzərə alınmışdır.  Bələdiyyə qulluqçuları və bələdiyyə üzvləri Bələdiyyələrlə İş Mərkəzinin əməkdaşları tərəfindən keçirilən  maarifləndirici yönümlü seminar- müşavirələrdə iştirak edərək, fəaliyyətlərində əhəmiyyətli olan biliklərə yiyələnmişdirlər.

Şağan Bələdiyyəsinin 2022/2023-cü il büdcə gəlirlərinin təhlili:

Şağan Bələdiyyəsinin 2022-ci ilin 6 ayı ərzində torpaq və əmlak vergisindən toplanan büdcə gəlirləri :

Fiziki şəxslərdən torpaq vergisi –1945 manat 16 qəpik;

Fiziki şəxslərdən əmlak vergisi – 7439 manat 73 qəpik;

Ümümi  – 9384 manat  89 qəpik  təşkil etdiyi halda 2023-cü ilin 6 ayı ərzində nəzərəçarpacaq dərəcədə artaraq aşağıda verilən səviyyədə dəyişmişdir:

Şağan Bələdiyyəsinin 2023-cü ilin 6 ayı ərzində torpaq və əmlak   vergisindən toplanan büdcə gəlirləri :

 Fiziki şəxslərdən torpaq vergisi –3000 manat  68 qəpik;

Fiziki şəxslərdən əmlak vergisi – 18774 manat 40 qəpik;

Ümümi  –21775 manat  08 qəpik  təşkil etmişdir.

Şağan Bələdiyyəsinin 2013/2022-ci illəri əhatə edən Dövlət Sosial Müdafiə Fonduna (DSMF) olan  borcun bir qismini ödənilməsinə 2023-cü ilin 6 ayı ərzində 6350 manat məbləğində maliyyə vəsaiti ödənilmişdir. Növbəti aylarda Şağan Bələdiyyəsinin  DSMF-na ötən dövrlərdən qalan borcunun  tam olaraq ödənilməsini bələdiyyə rəhbərliyi və qulluqçular qarşılarına məqsəd qoymuşlar.

Şağan Bələdiyyəsinin Hesbalaşma hesabı bağlı olmasına baxmayaraq daxili imkanları hesabına 2023-cü ilin 6 ayı ərzində  20 Yanvar  faciəsinin anım günü münasibəti ilə 20 yanvar iştirakçısı və əlili  Xanbudaqov Eldiyar Ağgül oğlu ilə görüş təşkil edilərək maddi yardım göstərilmişdir. Müqəddəs “Qurban bayramı” münasibəti ilə I Qarabağ müharibəsi şəhidi olan 3 ailəyə, II Qarabağ  müharibəsi qazisi olan 1 nəfərə,  aztəminatlı  3 ailəyə qurban payı və maddi yardım edilmişdir.

Qarşıdan gələn dövrdə Şağan Bələdiyyəsinin Hesblaşma hesabına qoyulan sərəncamın ləğvi, Dövlət Sosial Müdafiə Fonduna ötən dövrlərdən qalan borcun tam ödənilməsi və bundan sonra səlahiyyətlərimiz çərçivəsində qəsəbimizin abadlığı, yaşıllaşdırılması, yaranan  problemlərin  aradan  qaldırılması,  şəhid ailələri, qazilərimizə, aztəminatlı ailələrə maddi mənəvi dəstəyin daha da artırılması, ictimai-mədəni, sosial tədbirlərin həyata keçirilməsi fəaliyyətimizin əsas prioritetidir.

Sevinc Atayeva

Bakı şəhəri Xəzər rayonu, Şağan bələdiyyəsinin sədri 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər