Vüqar Tofiqli: "Bələdiyyələrin inkişafına dövlət dəstəyi fondu" yaradılsın -TƏKLİF
Növbəti il dövlət büdcəsindən bələdiyyələrə cəmi 13.5 milyon
manat (2024-cü illə müqayisədə 1 milyon manat və ya 8% çox) vəsait ayrılması
proqnozlaşdırılır.
Bu barədə 2025-ci il
dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilib.
Qeyd edilib ki, bu vəsaitin 7.5 milyon manatı dotasiya, 1,6
milyon manatı subvensiya, 4,4 milyon manatı isə və su təchizatı qurğularının
istismarı və onlara xidmətlə bağlı xərclər üçün isə subsidiya formasında
ayrılacaq.
Məsələyə münasibət bildirən “Bələdiyyələrin fəaliyyətinin təbliği”
İctimai Birliyinin sədri Vüqar Tofiqli “Sherg.az”a söyləyib ki, büdcədən bələdiyyələrin
fəaliyyətinə vəsaitin ayrılması dövlətin bələdiyyələrə göstərdiyi diqqətin bariz nümunəsidir:
"Həmin vəsaitin həcmində ildən-ilə artımlar müşahidə
olunur. Lakin prossesin icrası ilə bağlı bəzi nüanslarda şəffaflıq təmin
edilmir. Məsələn, subvensiya üçün 1.6
milyon ayrılıb. Son bir neçə ildir ki, bələdiyyələrə
subvensiya layihələrinin icrası üçün
dövlət büdcəsindən maliyyə vəsaiti ayrılır.
Lakin təəssüf edirəm ki, bu günədək subvensiya layihələrinin
təşkili üçün şəffaflıq təmin edilmir. Hətta maraqlı məqam ondadır ki, bununla
bağlı sentyabr ayının 18-dən ünvanladığımız sorğu məktubuna Maliyyə nazilıriyi
hələ də cavab verməyə tələsmir. Bütün hallarda, məqsədimiz odur ki, proses
qanunamüvafiq şəkildə həyata keçirilsin. Bu gün ilk olaraq bələdiyyələrə layihələrin
hansı şəkildə yazılması və icra olunması ilə əlaqədar təlimlər keçirilməlidir.
Çünki bununla əlaqədar bələdiyyələrin əksəriyyəti məlumatsızdılar.
Təklif edirəm ki, dövlət tərəfindən bələdiyyələrə ayrılan dotasiya və subvesiya
layihələrinin bir mərkəzdən idarə edilməsi üçün "Bələdiyyələrin inkişafına
dövlət dəstəyi fondu" yaradılsın. Həmin vəsaitdə məhz dəstək fondunun xətti ilə bələdiyyələrə
verilsin. Bir növ QHT-lərə Dövlət Dəstək Agentliyinin təcrübəsindən
yararlanaraq prossesin təşkili də məhz həmin fonda tapşırılsın. Bununla da şəffaflıq
təmin olunacaq. Həmçinin, vətəndaşlar,
seçicilər prossesin hansı formada həyata
keçirildiyindən xəbardar olacaqlar.
Əlavə olaraq Azərbaycanda bir çox bələdiyyələr var ki, onlara dotasiya ayrılması o qədər də vacib deyil. Çünki büdcə gəlirləri problemlərinin həllinə imkan verir. Bunun üçün də həmin məbləğ onlara deyil, maliyyə çətinliyi və kifayət qədər DSMF borcu olan bələdiyyələrə verilməlidir.
https://sherg.az/sosial/280669
Rəylər
0 Rəy