Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

19-10-2024 , 18:56

361

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Qarabağ regional ədliyyə idarəsi tərəfindən Füzuli rayonunda fəaliyyət göstərən bələdiyyələr ilə növbəti seminar keçirilib

Oktyabrın 18-də Qarabağ Regional Ədliyyə İdarəsi tərəfindən Füzuli rayonunda fəaliyyət göstərən bələdiyyələrin sədrləri və bələdiyyə qulluqçuları üçün növbəti seminar keçirilib.

Tədbirdə çıxış edən Qarabağ Regional Ədliyyə İdarəsinin əməkdaşı tərəfindən “Bələdiyyələr tərəfindən kargüzarlıq və arxiv işinin düzgün təşkil olunması ilə bağlı hüquq pozuntularının qarşısının alınmasına dair qanunvericiliyin tələbləri”, “Bələdiyyələr tərəfindən kargüzarlıq və arxiv işinin düzgün təşkil olunması ilə bağlı hüquq pozuntularının qarşısının alınmasına dair qanunvericiliyin tələbləri”, “Bələdiyyələrin birləşməsi ilə bağlı qanunvericilikdə edilmiş müvafiq dəyişikliklər”, “Yerli özünüidarəetmənin həyata keçirilməsində etik davranış qaydalarına əməl olunmasının insan hüquqlarının müdafiəsində əhəmiyyəti”, “İnzibati nəzarətin həyata keçirilməsi məqsədi ilə bələdiyyə aktlarının hüquqi ekspertizası zamanı müəyyənləşdirilən xarakterik qanun pozuntuları, onların aradan qaldırılması və qarşısının alınması”, “Korrupsiya hüquq pozuntularının aradan qaldırılmasının əhalinin yerli özünüidarəetməyə olan etimadının yüksəlməsində əhəmiyyəti”, “Bələdiyyələr tərəfindən yaradılan müəssisələrin yerli büdcəyə mənfəət vergisi ödəmək vəzifəsi, mənfəət vergisinin hesablanması və ödənilməsi ilə bağlı qanunvericiliyin tələbləri”, “bələdiyyələrin fəaliyyətinə nəzarət məqsədli BAMS proqramının Əmlak Məsələləri Dövlət Xidmətinin elektron bazasına inteqrasiyası ilə bələdiyyələrdə yerli vergilər üzrə tam və dəqiq uçotun qurulması üçün yaradılan imkanlar” mövzularında təqdimatlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb və həmin mövzular ətrafında müzakirələr aparılıb.

Sonda fəaliyyətin digər sahələri ilə bağlı bələdiyyə iclası iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və əhəmiyyət kəsb edən sənədlərin surəti çoxaldılaraq bələdiyyə sədrlərinə paylanılıb.


Rəylər

0 Rəy


Rəy yaz