Bələdiyyə sədri: “Əsas məqsədimiz vətəndaş müraciətlərini daim diqqət mərkəzində saxlamaqdır”
“Bələdiyyə iclasında daima sakinlərin müraciətləri müzakirəyə çıxarılaraq həlli istiqamətində adıdmlar atılır. Bu günlərdə sakinlər tərəfindən kəndarası yolların bərbad vəziyyətdə olması bununla və bununla bağlı bələdiyyənin bu işdə öz töhfəsini vermək xahiş olunurdu”- bu fikirləri Belediyye.infoya Qusar rayonu Quxuroba bələdiyyəsinin sədri Namiq İsmayılov deyib.
Sədrin sözlərinə görə, kənd əhalisinin arzusunu
nəzərə alaraq bələdiyyənin maliyyəsi hesabına kəndin mərkəzi hissəsində bu
layihə icra edilib. Demək olar ki, bələdiyyənin əldə etdiyi vəsait məhz vergi
ödəyicilərinin qaldırdığı məsələlərin həllinə yönəldilir.
İlin sonunadək sakinləri narahat edən digər
məsələlərin həlliylə bağlı layihələrin icra edilməsi nəzərdə tutulur.
Belediyye.info