Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-09-2024 , 09:56

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Asif Həşimov:  “Hər bir bələdiyyə maliyyə imkanları çərçivəsində şəhid və qazi ailələrinə öz qayğı və diqqətini əsirgəməməlidir”

“Azərbaycan dövləti şəhid və qazi ailələrinə yüksək diqqət və qayğı göstərir. Prezident İlham Əliyev bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən edib”- bu fikirləri Qəbələ rayonu Vəndam bələdiyyəsinin sədri Asif Həşimov bildirib.

Sədr bildirib ki, cənab Prezidentin dövlət qurumları qarşısında müəyyən etdiyi bu vəzifədən yerli özünüidarəetmə orqanı olaraq bələdiyyələrin də üzərinə müəyyən mənada məsuliyyət yükü düşür.

Sədr bildirib ki, ölkəmizdə formalaşan bələdiyyələrin maliyyə-iqtisadi gücü artdıqca bu kateqoriyadan olan şəxslərə göstərilən maddi-mənəvi dəstəyin həcmi də artırılır: "Vəndam bələdiyyəsi  tərəfindən şəhid və qazi ailələrinə ümumilikdə göstərilən ərzaq və maliyyə dəstəyinin həcmi son dörd il ərzində 4000 manatadək artırılıb. Bununla yanaşı qazi atasının biri bələdiyyədə işlə təmin edilib.

Son illərdə qəsəbədəki bir şəhid və qazi ailəsinə ailəsinə, hər birinə  8 sot olmaqla  və  beş qazi ailəsinə, hər birinə 6 sot olmaqla əvəzsiz torpaq sahəsi ayrılıb.  Bir qazi ailəsinin evinin dam örtüyünün təmirinə bələdiyyə iclasının qərarına əsasən  2021-ci ildə 3000 manat ayrılıb.

Şəhidlərin əziz xatirəsinə qəsəbədən keçən mərkəzi yolun kənarında şəhidin birinin baneri hazırlanaraq yerləşdirilib.

Şəhid məzarlığına su çəkilməsi,  şəhid adını daşıyan küçələrdə ünvan lövhələrinin vurlması da Vəndam bələdiyyəsinin bu istiqamətdə həyata keçirdiyi layihələrdəndir.”

Sədr daha sonra bildirib ki, ötən dövr ərzində fərdi təsərrüfatla məşğul olan bir şəhid ailəsinə 5 ha, bir qaziyə isə 3,5 ha taxıl istehsalı məqsədilə torpaq sahəsi ayrılıb və bələdiyyə iclasının qərarıyla icarə haqqı alınmır.

Asif Həşimov bildirib ki, hər bir bələdiyyə maliyyə imkanları çərçivəsində şəhid və qazi ailələrinə, müharibə veteranlarına öz qayğı və diqqətini əsirgəməməli və ilbəil bu istiqamətdə həyata keçirdiyi layihələrin həcmini artırmalıdır.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər