Bələdiyyə sədri: “Tüntül bələdiyyəsi olaraq sakinlərin, xüsusəndə şəhid və qazi ailələrinin hər bir müraciəti diqqətda saxlanılır və həliylə bağlı addımlar atılır”
“Tüntül
bələdiyyəsi maliyyə imkanları çərçivəsində kəndin daxili yollarında cari təmir-bərpa
işləri aparır”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri
Günel Ağayeva bildirib.
Sədr
bildirib ki, sel suları kəndin daxili yollarına ciddi ziyan vurmuşdu. Yaranan problemin aradan qaldırılması üçün bələdiyyə
iclasının təsdiq etdiyi plana uyğun II Qarabağ müharibəsi şəhidi İlham
Abdullayev küçəsində su ötürücüsü quraşdırılıb.
Su
ötürücüsü elə inaş edilib ki, onun üzərindən
nəqliyyatın gediş-gəlişinin təmin edilməsi üçün istifadə edilməsi nəzərdə tutulur. Sədr əlavə
edib ki, hazırda həmin küçədə şəhid
Tamerlan Soltanbəylinin ailəsi yaşayır.
Tüntül bələdiyyəsi olaraq sakinlərin, xüsusəndə şəhid və qazi ailələrinin hər bir müraciəti diqqətda saxlanılır və həliylə bağlı addımlar atılır.
Belediyye.info