Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-05-2024 , 23:46

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Qazax bələdiyyələrinin digər vergi olmayan daxilolmalarının həcmi 450 min manata yaxın olub  

Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2023-ci ildə Qazax rayonunda formalaşan 17 bələdiyyənin büdcə gəliri 968.200 manat olub. Bu 2022-ci llə müqayisədə 91.8 faiz artıq deməkdir.

Əldə edilən gəlirin 14.7 faizi vergilərdən, 85.3 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 8.1 faizi torpaq, 6.7 faizi əmlak vergisindən daxil olub. Qazax bələdiyyələrinin büdcə gəlirinin 33.8 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub.

Qazax bələdiyyələri ötən il 138.100 manatlıq torpaq satışı həyata keçiriblər. Bu da ötən illə müqayisədə 17.9 faiz çox deməkdir.  İl ərzində Qazax bələdiyyələrinə 45.300 manat dotasiya ayrılıb.  Bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar  və ya səyyar ticarətdən 200 manat, mehmanxana, turizm, kurort-sanatoriya xidmətindən 500 manat maliyyə vəsaiti əldə edib.  Qazax bələdiyyələrinə 3.700 manat fiziki və  hüquqi şəxslər tərəfindən ianə edilib.

Bununla yanaşı, avtodayanacaqlardan, bələdiyyə müəssisələrinin mənfəət vergisindən daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən hər hansı maliyyə vəsaiti daxil olmayıb.

Ən maraqlı məqam ondadır ki, Qazax bələdiyyələrinin digər vergi olmayan daxilolmalarının həcmi ümumi büdcə gəlirinin 46.4 faizini təşkil edib. Yən ötən il əzində bu rəqəm 449.000 manat olub.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər