Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

26-04-2024 , 22:20

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Zülfüqar  Yusifov: “Gədəbəy bələdiyyəsi həmrəylik ilinə öz töhfəsini verəcəkdir”   

 “Gədəbəy Bələdiyyəsinin üzvlərin iştirakıyla növbəti iclası keçirilib. İclasda   bələdiyyənin fəaliyyətinin təkmilləşdirilməsi və əhalinin problemlərinin vaxtında həll edilməsi prioritet məsələ kimi gündəliyə salınıb. Bununla yanaşı iclasda “Yaşıl dünya naminə həmrəylik” ilinə bələdiyyənin iş planı müzakirə edilərək təsdiq edilib”- bu fikirləri Belediyye.infoya  adıçəkilən bələdiyyənin sədri Zülfüqar Yusifov bildirib.

Eyni zamanda bələdiyyəyə müraciət etmiş vətəndaşların yerindəcə müraciətlərinə baxılıb, üzvlər arasında müzakirələr aparılıb. Bələdiyyə üzvləri həmçinin Gədəbəy şəhəri ərazisindəki yaşıllıqlara vaxtaşırı qulluq göstərilməsinin vacibliyini də ön plana çıxarıblar.

Təsdiq eidlən iş planına uyğun oaraq bələdiyyənin balansında olan Heydər Əiyev parkında yaxın günlərdə ağacəkmə aksiyasının keçirilməsi qərara alınıb. Bununla yanaşı əkiləcək ağaclara həmçinin aqrotexniki qulluğun göstərilməsi qərara alınıb.

Habelə  qəbirstanlıq ərazisində təmizlik işlərinin həyata keçirilməsi, ərazinin alaq otlarından təmizlənməsi işləri də iş planına salınıb. Bələdiyyə sədri bildirib ki, bütün hallarda  Gədəbəy bələdiyyəsi həmrəylik ilinə öz töhfəsini vermək üçün ciddi şəkildə hazırlaşıb.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər