Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

22-04-2024 , 23:22

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Ötən il Göranboy bələdiyələrinin büdcə gəliri 5.7 faiz artıb

Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2023-ci ildə Goranboy rayonunda formalaşan 47 bələdiyyənin büdcə gəliri 378.500 manat olub. Bu 2022-ci llə müqayisədə 5.7  faiz çox deməkdir.

 Əldə edilən gəlirin 40.5 faizi vergilərdən, 59.5 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 24.8 faizi torpaq, 15.3 faizi əmlak vergisindən daxil olub.

 Goranboy bələdiyyələrinin büdcə gəlirinin 37.8 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub. Goranboy bələdiyyələri 62.800 manatlıq torpaq satışı həyata keçiriblər. Bu da ötən illə müqayisəfə 22.7 faiz çox deməkdir. İl ərzində Göranboy  bələdiyyələrinə 78.90 manat dotasiya ayrılıb. Bununla yanaşı bələdiyyə büdcəsinə il ərzində avtodayanacaqlardan, bələdiyyə müəssisələrinin mənfəət vergisindən,  bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar  və ya səyyar ticarətdən, daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən  bələdiyyə büdcəsinə hər hansı maliyyə vəsaiti daxil olmayıb.

Belediyye.info

 

Rəylər

0 Rəy


Rəy yaz