İcra başçısı: “Bələdiyyənizin inkişafı həm də siz sakinlərdən asılıdır”
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin Vəndam qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib.
Görüş bəzi maraqlı məqamlarıyla diqqəti çəkib.
Sakinlərdən əldə etdiyimiz məlumata görə, icra
başçısı görüşdə Vəndam bələdiyyəsinin fəaliyyətinin təcrübəsi yayıla biləcək səviyəyə
çatdığını və bu təcrübədən yararlanmağı digər bələdiyyələrə də tövsiyə edib.
Səbuhi
Abdullayev çıxışında sakinlərə vergiləri vaxtında ödəməyi əsas tələb kimi
qoyaraq hər vəchlə bələdiyyəyə dəstək olmağı tövsiyə edib. İcra başçısı qeyd
edib ki, dövlətimiz hər zaman bələdiyyəyə dəstək durur, ancaq bələdiyyənizin inkişafı həm də siz sakinlərdən
asılıdır. Zəhmət çəkib bələdiyyəyə aid
olan vergilərinizi ödəyin ki küçələrinzdə abadlaşsın, yollarınıza da asfalt
salınsın.
Bizdə çalışıb bundan sonra da öz dəstəyimizi göstərəcəyik.
Belediyye.info
Rəylər
0 Rəy