Bələdiyyə sədri: ““Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı Qovlar Bələdiyyəsi tədbirlər planı hazırlamışdır”
“Azərbaycan
Prezidentinin Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili”
elan edilməsiylə bağlı Qovlar Bələdiyyəsi
tədbirlər planı hazırlamışdır” – bu fikirləri Belediyye.infoya Tovuz rayonu
Qovlar bələdiyyəsinin sədri Rövşən Əsgərov bildirib.
Sədrin
sözlərinə görə, tədbirlər planına əsasən ilkin olaraq Qovların “Kanal altı” ərazisindəki
ərazi məişət tullantılarından təmizlənmiş, ərazidə mühitə uyğun ağaclar əkilmişdir.
Bələdiyyə üzvlərinin və qulluqçularının iştirakıyla ağacəkmə aksiyları
keçirilmişdir.
Bununla
yanaşı Qovlar şəhərinin mərkəzi parkında qurumuş müvafiq razılaşmaya əsasən
götürülərək yerlərinə “Eldar şam”ları əkilmişdir.
Bu tədbirin
keçirilməsində Qovlar şəhər İcra Nümayəndəliyinə, Tovuz rayon Gənclər Evinin
kollektivinə və Tovuz rayon MKTİB-nin Qovlar şəhər sahəsinin kollektivi də
yaxında iştiak ediblər.
Sədr bildirib ki, təsdiq edilmiş plana əsasən ilin sonundək ərazidə yaşıllıq zolaqlarını salınması, o cümlədən yaşıllıq zolaqlarına xidmətin göstərilməsi davam etdiriləcəkdir.
Belediyye.info