Bələdiyyə sədri: "Şəhidlərimizin xatirəsini daim ehtiramla yad edirik"
Şirvan bələdiyyəsi qəhrəman vətən övladlarının xatirəsini əbədiləşdirməkdə davam edir. Bu günlərdə daha 2 nəfərin adı əlavə edilib.
Bu barədə Belediyye.infoya məlumat adıçəkilən bələdiyyədən daxil olub.
Bələdiyyə sədri Kürdoğlu Muradovun sözlərinə görə, bələdiyyənin maliyyə dəstəyi ilə şəhid qəhrəmanlarımız olan - Həsənov İlqar İlham oğlu və Məmmədov Elşən Allahqulu oğlunun yaşadıqları mənzilə xatirə lövhəsi vurulub.
Sədr bildirib ki, Şirvan bələdiyyəsi bundan sonra da səhidlərimizin adını uca tutaraq onların xatirəsini əbədləşdirməsi üçün addımlar atmaqla, onların ailələrinə maddi və mənəvi köməyini əsirgəməyəcək.