Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-05-2023 , 23:41

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Zülfüqar Yusifov:  “Gədəbəy bələdiyyəsinin əsas fəaliyyəti vətəndaş məmnunluğunu təmin etməyə yönəlib”

“Gədəbəy bələdiyyəsinin daxili imkanları hesabına küçələrin işıqlandırılmaşı üçün işlərə başlanılmışdır”- bu barədə məlumatı adıçəkilən bələdiyyənin sədri Zülfüqar Yusifov bildirib.

Sədrin sözlərinə görə, cari ildə bələdiyyə iclasının qərarına əsasən şəhərin beş küçəsinin işıqlandırılması qərara alınıb. Əldə edilən büdcə gəlirləri hesabına layihənin icrasına  ilk olaraq Aydın Məmmədov küçəsindən başlanılmışdır.

Bu gün artıq iki küçənin işıqlandırılması  başa çatdırılmış, yaxın günlərdə digər üç küçənin də işıqlandırılması başa çatdırılacaqdır.  

Sədrin sözlərinə görə, Gədəbəy bələdiyyəsinin əsas fəaliyyəti vətəndaş məmnunluğunu təmin etməyə yönəlib. Bununla yanaşı  əsas vəzifəmiz  sakinlərimizin qarşılaşdığı problemlərin həllinə maliyyə imkanları daxilində nail olmaqdır.  

Belediyye.info 


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər