Mingəçevirdə də ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş silsilə tədbirlər davam edir
Ölkəmizin hər yerində olduğu kimi Mingəçevirdə də
ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş
silsilə tədbirlər davam edir. Belə tədbirlərdən biri may ayının 14-də Mingəçevirdəki
“Kür” Olimpiya Tədris İdman Mərkəzinin gözəl tərtibatlarla hazırlanmış idman
zalında keçirildi. Şəhər Bələdiyyəsinin
maliyyə dəstəyi ilə baş tutan tədbirə respublikamızın ona yaxın şəhər və rayonlarından gəlmiş Yunan-Roma
güləşi üzrə 160-a yaxın idmançısı, məşqçi müəllim və valideynlər cəlb
olunmuşdular. Təmsilçilər arasında Mingəçevirin iki komandası, Yevlax, Şəmkir,
Goranboy, Qazax, Daşkəsən, Zəngilan, Balakən, Göyçay rayonlarının yeniyetmə və
gənc idmançıları öz məharətlərini nümayiş etdirirdilər.
Qeyd etmək yerinə düşər k, tədbirin təşkilatçıları
yarışların nümunəvi keçməsi üçün hər bir incəliklərə diqqət yetirmişlər. Tədbirə
gələn qonaqlar üçün lazımi şərait yaradılmış, hazırlıq işləri görülmüşdür. Tədbirdə
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Azərbaycan Bələdiyyə
İşilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Məhərrəm Xəlilov,
Mingəçevir Bələdiyyəsinin sədri Ramiz Əliyev və Bələdiyyə üzvləri, YAP Mingəçevir
şəhər təşikilatının sədri Bəxtiyar Mustafayev şəhər Gənclər və İdman İdarəsinin
rəisi Kamal Nəcəfli, Yunan-Roma güləşi üzrə respublikanın tanınmış idman mütəxəssisləri
və hakimləri, ictimaiyyət nümayəndələri, mətbiat işçiləri iştirak edirdilər.
Tədbir Ulu Öndərin xatirəsinin bir dəqiqəlik
sükutla yad edilməsi ilə başladı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən
sonra Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək tədbir iştirakçılarını salamladı,
Ulu Öndər Heydər Əliyevə həsr olunmuş tədbirin təkilatçılarına minnətdarlığını
ifadə etdi. Ümummilli liderimizin həyat və fəaliyyətindən bəhs edərək idmana və
idmançılara göstərdiyi diqqət və qayğıdan söhbət açdı. Bu gün Azərbaycan
Bayrağının dünyanın idman arenalarında dalğalanmasının idmançılarımızın
misilsiz xidmətləri kimi dəyərləndirildi. Yarışda iştirak edən komandalara
uğurlar arzuladı. Azərbaycan Bələdiyyə İşilərinin Həmkarlar İttifaqı Respublika
Komitəsinin sədri Məhərrəm Xəlilov təmsil etdiyi qurumun adından yarış
iştirakçılarına salamını çatdırdı və onlara uğurlar arzuladı.
12 çəki dərəcəsi üzrə, 20 çəkidən başlayaraq 71
kiloqramadək çəkisi olan idmançılar əsl mübarizəyə başladılar. Çox gərgin və idman atmosferi şəraitində keçən
yarışda Mingəçevir komandası ümumilikdə birinci, Şəmkir idmançıları ikinci,
Göyçay idmançıları isə üçüncü yerin sahibi oldular. Fərdi çəki dərəcəsi üzrə
yarışlarda qalib gələn idmançılar fəxri diplom və döş nişanı ilə təltif
olundular. Qalib komandalara Azərbaycan Bələdiyyə
İşilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin fəxri fərmanları və pul
mükafatı verildi. Birinci yeri tutan
komanda 300 manat, ikinci yeri tutan komanda 200 manat, üçüncü yeri tutan
komanda 100 manat pul ilə mülafatlandırıldılar.
“Mingəçevir” qəzeti