Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

11-05-2023 , 16:48

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Ötən il Salyan bələdiyyyələrində  əmlak vergisnin həcmi 17 faiz artıb

Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2022-ci ildə

Salyan rayonunda formalaşan 20 bələdiyyənin büdcə gəliri 547.200  manat olub. Bu 2021-ci illə müqayisədə 3.3 faiz azdır.

Əldə edilən gəlirin 26.7 faizi vergilərdən, 73.3 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 16.9 faizi torpaq, 9.8 faizi əmlak vergisindən daxil olub.

Salyan bələdiyyələrinin büdcə gəlirinin 62.5 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub.

Salyan bələdiyyələri ötən il 59.100 manatlıq torpaq satışı həyata keçiriblər. Bu da ötən illə müqayisədə13.5 dəfə az deməkdir.  Büdcə gəlirlərinin 44.1 faizi məhz bu istiqamətdən daxil olub. İl ərzində Salyan bələdiyyələrinə 41.100 manat dotasiya ayrılıb.

Salyan bələdiyyələri bələdiyyə əmlakının icarəyə və istifadəyə verilməsindən daxil olan gəlirlərin həcmini 5.81 faiz çox olub.  

Belə ki, il ərzində bu maliyyə istiqamətindən bələdiyyə büdcəsinə 100.800 manat maliyyə vəsaiti daxil olub.

Mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən, avtodayanacaqlardan, bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar  və ya səyyar ticarətdən, bələdiyyə müəssisələrinin mənfəət vergisindən, daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən hər hansı vergi və rüsüm daxil olmayıb.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər