Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

08-05-2023 , 08:15

Son xəbərlər

Bütün xəbərlər

Solovyov erməni milyonçuların puluna satılıb

Gündəlik Xəbərlər
27-03-2024

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Ötən il Hacıqabul  bələdiyyələrində  torpaq satışı iki dəfə artsa da ümumi büdcə gəliri azalıb

Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2022-ci ildə

Hacıqabul rayonunda formalaşan 15 bələdiyyənin büdcə gəliri 184.700  manat olub. Bu 2021-ci illə müqayisədə 10 faiz azdır.

Əldə edilən gəlirin 40.8 faizi vergilərdən, 59.2 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 23.1 faizi torpaq, 17.7 faizi əmlak vergisindən daxil olub.

Hacıqabul bələdiyyələrinin büdcə gəlirinin 38.5 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub.

Hacıqabul bələdiyyələri ötən il 28.300 manatlıq torpaq satışı həyata keçiriblər. Bu da ötən illə müqayisədə2.7 dəfə çox deməkdir.  Büdcə gəlirlərinin 15.3 faizi məhz bu istiqamətdən daxil olub İl ərzində Hacıqabul bələdiyyələrinə 38.200 manat dotasiya ayrılıb.

Hacıqabul bələdiyyələri bələdiyyə əmlakının icarəyə və istifadəyə verilməsindən daxil olan gəlirlərin həcmini 28 faiz az olub.  

Belə ki, il ərzində bu maliyyə istiqamətindən bələdiyyə büdcəsinə 42.900 manat maliyyə vəsaiti daxil olub.

Mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən, avtodayanacaqlardan, bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar  və ya səyyar ticarətdən, bələdiyyə müəssisələrinin mənfəət vergisindən, daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən hər hansı vergi və rüsüm daxil olmayıb.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər