Elmin Həsənov Baş İdarənin rəisi vəzifəsinə təsdiqlənib
Elmin Həsənov Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsinin rəis vəzifəsinə təsdiqlənib.
Belediyye.info xəbər verir ki, ədliyyə naziri Fərid Əhmədov bu günlərdə bununla bağlı müvafiq əmr imzalayıb.
Əlavə edək ki, Elmin Həsənov 4 iyun 2024-cü il tarixli əmrlə yeni yaradılan Bələdiyyələrlə İş Baş İdarəsinə rəhbərlik edirdi. Qeyd edək ki, əmək fəaliyyətinə ədliyyə sistemində başlayan Elmin Həsənov bundan əvvəl Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəis müavini vəzifəsini tutub.
Xatırdladaq ki, təsis edildiyi gündən bir neçə dəfə adı və statusu dəyişən, hazırda baş idarə statusunda olan qurum bələdiyyələrə həm inzibati nəzarəti həyata keçirir, həm də onlara metodoloji yardım göstərir.
Belediyye.info
Rəylər
0 Rəy