Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-08-2024 , 10:16

1772

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Şirvan regional ədliyyə idarəsi növbəti seminar-müşavirə keçirib

 İyulun 30-da Ədliyyə Nazirliyinin Şirvan regional ədliyyə idarəsinin təşkilatçılığı ilə Neftcala, Salyan, Sabirabad, Hacıqbul rayonlarının və Şirvan şəhərinin ərazisində yerləşən bələdiyyələrin bələdiyyə sədrləri, bələdiyyə üzvləri və qulluqçularının iştirakı ilə  seminar-müşavirə keçirilmişdir. Seminarda “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamından irəli gələn məsələlər”  və Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş baş idarəsinin vasitəsilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən daxil olmuş məktubda qeyd olunan məsələlərin müzakirə edilərək korrupsiyaya şərait yaradan hüquqpozmaların törədilməsinin qarşısının alınması məqsədilə müvafiq tədbirlərin görülməsinin təmin edilməsi mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

Seminarı giriş sözü ilə acan Şirvan regional ədliyyə idarəsinin rəisi Nizami Hüseynov idarənin böyük məsləhətçisi Məqsəd Abdin, iqtisadçı (məsləhətçi) Cavanşir Şükürov və baş mütəxəssis Lalə Atakişiyevanı seminar iştirakçılarına təqdim etdi. Sonra M.Abdin, C.Şükürov və L.Atakişiyeva mövzular barədə cıxışlar etdilər və  son vaxtlar Ədliyyə Nazirliyi tərəfindən aparılan islahatlar və eyni zamanda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsi tərəfindən bələdiyyə üzvləri və qulluqçularının maarifləndirilməsi, onlara metodik köməklik göstərilməsi məqsədilə aparılan məqsədyönlü işlər barədə iştirakçıları məlumatlandırdılar.

İdarənin rəisi Nizami Hüseynov seminarın işinə yekun vuraraq qarşıda duran vəzifələr barədə öz fikirlərini bildirdi. O, bələdiyyə aktlarının, həmçinin idarə tərəfindən bələdiyyələrə göndərilən təklif və tövsiyələrin müzakirəsinə dair qərarların qanunla müəyyən olunmuş müddətdə İdarəyə göndərilməsini, bələdiyyə üzvlərinin və qulluqçularının Ədliyyə Akademiyasında peşə hazırlığına və ixtisasının artırılmasına cəlb olunmasının vacibliyini, korrupsiya cinayətlərinə bələdiyyələr tərəfindən yol verilməməsi, bələdiyyə sədrlərinin qanunla müəyyən edilmiş müddətdə və qaydada arxiv orqanlarına təhvil verilməsini, bələdiyyə torpaqlarının ayrılması ilə bağlı qərar qəbul edilərkən qanunvericiliyin tələblərinə əməl olunmasını və s. bələdiyyə sədrlərinin nəzərinə çatdırdı.

Şirvan regional ədliyyə idarəsi


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Hər üç görüşdə diqqətimi çəkən əsas məqam...

Gündəlik Xəbərlər
24-04-2025
354

Cərimə edilən sırasında bələdiyyədə də var 

Gündəlik Xəbərlər
21-04-2025
437

Bələdiyyələr niyə hesabat verə bilmirlər...

Gündəlik Xəbərlər
11-04-2025
1119

Eldar Əzizovu fərqləndirən əsas cəhət


Gündəlik Xəbərlər
09-04-2025
521

Nazir  Şəkidə vətəndaşları qəbul edib

Gündəlik Xəbərlər
07-04-2025
512

Bu rayonlarda  da bələdiyyələr formalaşdırılıb?

Gündəlik Xəbərlər
07-04-2025
569