Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

30-07-2024 , 10:19

2242

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Təmraz Tağıyev: “ Tarixi köklərlə bir birinə bağlı olan Türkiyə və Azərbaycan münasibətləri  qardaşlıq prinsipləri əsasında qurulub

“Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB)  İdarə Heyətinin növbəti toplantısı baş tutub”- bu barədə məlumatı idarə heyətinin üzvü, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib.  

Toplantı İstanbul şəhərində Türk Dünyası Bələdiyyələr Birliyinin inzibati binasında keçirilib.

İclasın işində Albaniya, Azərbaycan, Bosniya və Herseqovina, Şimali Kipr Türk Cumhuriyyəti, Makedoniya, Livan, Özbəkistan və Türkiyədən olan İdarə Heyətinin üzvləri iştirak ediblər.

Sədr bildirib ki, toplantıda TDBB-nin 2024-ci ilin birinci yarısında həyata keçirilən layihələr barəsində məlumat verilmiş, bununla yanaşı 2024-cü ilin ikinci yarısında keçirilməsi nəzərdə tutulan proqramlar müzakirə edilmişdir.

İdarə heyətinin iclasında diqqəti çəkən əsas məqam  Şimali Kipr Türk Cumhuriyyəti ilə Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyası ilə əməkdaşlıq əlaqələrinin qurulması məsələsinin müzakirə edilməsi idi. 

Bununla yanaşı Azərbaycan Gənclər Fondunun dəstəyi ilə 30 Türkiyəli gəncin  Şamaxıda keçriiləcək festivalda içtirakı, İstanbulun Sultanbəyli bələdiyyəsi ilə Türkmənistanın Aşqabad bələdiyyəsi ilə qardaşlaşama məsələsi müzakirə edilən məsələlər sırasında olub. 

Tədbirin sonunda müvafiq qərarlar qəbul edilmiş, habelə  Özbəkstandan olan bir sıra bələdiyyələrin TDBB üzv kimi qəbul edilməsi təsdiqlənmişdir.

Tədbirdə TDBB-də ölkəmizi təmsil edən Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev  müzakirə edilən mövzular ətrafında çıxış edərək ŞKTC-ilə əlaqələrin qurulmasının əhəmiyyətinə toxunaraq yaxın müddət ərzində qarşılıqlı əməkdaşlığa başlanılacağını qeyd edib. Sədr Türkiyə-Azərbaycan dostluğunun əsrlər boyu yaşayacağını, tarixi köklərlə bir birinə bağlı olan Türkiyə və Azərbaycan münasibətlərinin qardaşlıq prinsiplər əsasında qurulduğunu bildirib.

Təmraz Tağıyev həmçinin bundan sonra da Azərbaycan bələdiyyələrinin TDBB-nin işində yaxından iştirak etməklə öz töhfəsini verməyə hazır olduğunu qeyd edib.

İclasda idarə heyətinin digər üzvləri də çıxış edərək öz fikri və mülahizələri bölüşüblər.

 Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Yeni Əməkdaşlıq Dövrü

Gündəlik Xəbərlər
03-07-2025
526

Bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq

Gündəlik Xəbərlər
24-06-2025
713

Təsadüfün yaratdığı zəruriət...

Gündəlik Xəbərlər
22-06-2025
612

Gərəkli olmağı bacaran insan  

Gündəlik Xəbərlər
21-06-2025
695

Tərlan İsmayılov: "Əsas səbəb ondan ibarətdir ki..."

Gündəlik Xəbərlər
16-06-2025
2180

Qarabağın susqun salnaməsi - Kurqanlar

Gündəlik Xəbərlər
14-06-2025
616

"Əsasnamə” təsdiq edilib 

Gündəlik Xəbərlər
11-06-2025
619

"JEK"lərin xidmət haqqı toplaması qanunidir?

Gündəlik Xəbərlər
10-06-2025
741