Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

28-06-2024 , 08:46

2164

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Qax bələdiyyəsində növbəti görüş

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Müasir innovasiyaların tətbiqi ilə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda icra olunan layihə çərçivəsində Qax rayonuna səfəri çərçivəsində növbəti dəfə Qax bələdiyyəsinin sədri Eyvaz Orucovla görüşü baş tutub.

Bu barədə məlumatı ictimai birliyin sədri Vüqar Cəfərov bildirib.

Görüşdə layihə çərçivəsində bukletin artıq nəşr edildiyini, "Azərbaycan bələdiyyəsinin 25 ili: faktlar və rəqəmlər" kitabının çapa hazırlandığını, Qax bələdiyyələrinin fəaliyyətinə həsr olunan kitabın üzərində iş getdiyini bildirən birlik sədri bununla bağlı məlumatların üzərində ciddi iş aparıldığını qeyd edib.

Səfər çərçivəsində Qax RİH başçısı Musa Şəkiliyevlə keçirilən görüşdən məmnun qalan təşkilat sədri rayonda bələdiyyə-icra münasibətlərinin təcrübəsi yayıla biləcək səviyyədə olduğunu qeyd edib. Bildirilib ki, icra hakimiyyəti bu il fəaliyyətinin 25 ilini tamamlayan bələdiyyələrin inkişafına hər bir dəstək göstərildiyi qeyd edilib.

Eyvaz Orucov layihə çərçivəsində hazırlanan bukletin bələdiyyələrin fəaliyyətinə müəyyən mənada müsbət təsir edəcəyini və bələdiyyəyə təqdim edilən bukletlərin vergi ödəyicilərinə bildirişlərlə birlikdə təqdim ediləcəyini vurğulayıb.


Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Nizami bələdiyyəsində görüş keçirilib

Gündəlik Xəbərlər
10-03-2025
530

Ədliyyə naziri Şəki şəhərində qəbul keçirəcək 

Gündəlik Xəbərlər
06-03-2025
614

Emin Əmrullayev professora yüksək vəzifə verdi


Gündəlik Xəbərlər
25-02-2025
589

Şahtaxtılıların dəyərli ziyalısı haqqında

Gündəlik Xəbərlər
23-02-2025
698