Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

30-04-2024 , 20:17

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Məhərrəm Xəlilov vəzifəsindən ayrılıb, komitəyə yeni sədr seçilib 


Azərbaycan Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin Məclisi keçirilib. Öncə müasir müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib. Tədbirdə gündəliyə salınmış təşkilati məsələyə baxılıb. Belə ki, BİHİ RK-nın sədri Məhərrəm Xəlilov öz ərizəsi əsasında vəzifəsindən ayrılması ilə əlaqədar yeni seçkilər keçirilib.

Məclis üzvlərinin açıq səsverməsi ilə Qorxmaz Həsənov yekdilliklə BİHİ RK-nın sədri seçilib. Tədbirdə iştirak edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Məclisin qərarını alqışlayıb və yeni seçilən sədrə gələcək fəaliyyətində uğurlar arzulayıb.

AHİK sədri həmçinin ittifaq üzvlərinin əmək hüquqlarının müdafiəsi, onlar üçün layiqli iş şəraitinin yaradılması, sağlamlıqlarının qorunması və istirahətlərinin mənalı təşkili, həmçinin həmkarlar ittifaqlarının qarşısında duran prioritet məsələlərlə bağlı bir sıra tapşırıq və tövsiyələrini verib.

Qeyd edək ki, Məhərrəm Xəlilov 2004-cü ildən həmkarlar sistemində çalışıb. 2011-ci ilin fevralından Azərbaycan Bələdiyyə işçiləri Həmkarlar ittifaqı Respublika Komitəsinin sədri vəzifəsində çalışırdı 

Yeni seçilən sədr Qorxmaz Həsənov uzun illər müxtəlif məsul vəzifələrdə çalışıb.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz